Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda mağaza müdiri alıcıya: “Onu da sənin kimi eşşək balası cırıb”

“Nərgiz Butik” geyim mağazasından şikayət var. Alıcı aldığı malı geri qaytararkən təhqir olunub.

Bu barədə Bizimyol.info-ya jurnalist Turan Əsədova məlumat verib:

“İyununun 7-də “Nərgiz butik” adlı geyim mağazalar şəbəkəsinin Nərimanov rayonu filialından endirimə düşmüş iki ədəd qadın geyimi almışam. Mağazanı tərk edərkən çek tələb etsəm də, müdriyyət endirimdə olan geyimlərə çek vermədiklərini dedilər. Evə gəldikdən sonra tədbir yerinə ilk dəfə geyindiyim geyimin arxa hissəsindən və qollarının altından parçalandığının şahidi oldum. Mötəbər bir tədbirdə necə pərt olduğumu yəqin ki, təsəvvür edirsiniz. Bundan sonra mağaza ilə telefon əlqəsi saxladım, bildirdilər ki, mağazaya yaxınlaşım, əslində dəyişmək yoxdur amma dəyişərlər. Mağazaya yaxınlaşanda məni ittiham etdilər ki, kiçik ölçü götürdüyümə görə, geyim əynimdə parçalanıb. Vitrindən bir ölçü böyük olan geyimi təqdim etdilər. Geyimi geyinməmiş yoxlayanda əlimdəcə, vitrindən gətirilən malın həmin yerdən parçalandığını gördüm. Vitrinə yaxınlaşarkən bəlli oldu ki, mağazada həmin geyimdən 3 fərqli ölçü eyni geyimin hamısında da eyni problem var. Bunu mağazanın müdirinə bildirəndə çox qeyri-etik ifadə ilə cavabını verdi və dedi: “Görünür, o geyimi də sənin kimi hansısa eşşək balası əyninə keçirib və partladıb”.

Jurnalist öz istehlakçı hüquqlarını tələb edərək sona qədər mübarizə aparıb və nəhayət, qaytardığı malın pulunu geri ala bilib. Lakin onu təhqir edən mağaza müdirinin üzrünü eşitməyib. O indi aksiya keçirərək, alıcısıyla kobud rəftar etmiş mağazanın üzrxahlığını gözləyir.

Görünür ki, ölkəmizdə ictimai asayişin bərpası qanunla tənzimləndiyi kimi, alıcı və satıcı münasibətləri də tənzimlənməlidir. Müştəriyə kobud davranan satıcılara inzibati cərimələr tətbiq olunmalıdır. Nəzərə alsaq ki, belələrinin sayı az deyil, əhalinin də təxminən üçdə biri bu işlə məşğuldur.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »