Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Elə vəziyyət yarana bilər ki, tabut çatmaz”

“İnsanlar bunu dərk eləməlidir ki, qərarların məqsədi xalqın sağlamlığını qorumaqdır”

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 21-dən iyulun 5-nə kimi ciddi karantin rejiminin tətbiq olunması ilə bağlı qərar verib. Koronavirusa yoluxanların sayı yalnız Azərbaycanda deyil, eyni zamanda digər ölkələrdə artan xətt üzrə gedir. Təbii ki, karantin rejiminin sərtləşməsində başlıca məqsəd virusun yayılmasının qarşısını almaq, vətəndaşların sağlamlığını qorumaq üçündür.

Qərarla bağlı fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Musa Qasımlı bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın aldığı qərarlar tamamilə düzgündür.

Onun sözlərinə görə, bu tədbirlərin başlıca məqsədi Azərbaycan xalqının sağlamlığını qorumaqdır:

“Gəlin, açıq danışaq. Karantin rejimi yumşalan kimi bəzi vətəndaşlarımızda məsuliyyətsizlik baş alıb getdi. Maskalar taxılmadı, məsafə saxlanılmadı, gigiyena qaydalarına riayət edilmədi. Çayxanalarda insanlar az qala bir-birinə yapışmış halda otururdular. Avtobuslarda yalnız bir-iki nəfər maska taxan görmək olardı. Kimi danışdırısansa, deyir ki, bunu hökumət eləsin. Hökumət üzərinə düşəni edir, tədbirlərini həyata keçirir. Amma vətəndaş hökumətin müəyyənləşdirdiyi qaydalara riayət etməlidir.

Hökumət hər avtobusa, hər metro vaqonuna, hər binanın giriş qapısına polis işçisi qoya bilməz, parklara hər addımbaşı nəzarət eləmək olmaz. Vətəndaş dərk eləməlidir ki, hökumətin tələblərini yerinə yetirmək lazımdır. Belə məsuliyyətsiz addımlar hara aparır? Fabrik-zavodlar, ticarət obyektləri işləmir, dövlət büdcəsinə vergi gəlmir. Bütün yük dövlətin çiyinlərindədir. Bu, nə vaxta qədər davam edə bilər? Bəzi insanlar nə vaxta qədər məsuliyyətsiz hərəkət edəcəklər? Buna son qoymaq lazımdır”.

M.Qasımlı onu da qeyd edib ki, dövlət sərt addımlar atmalıdır:

“Vətəndaş cənab Prezident İlham Əliyevin çağırışına, Operativ Qərargahın tövsiyyələrinə əməl etməlidir. Elə vəziyyət yarana bilər ki, xəstəxanalarda çarpayı çatmaz, tabut çatmaz. İnsanlar bunu dərk eləməlidir. Vətəndaşlar ailəsinin, uşağının, qohum-əqrəbasının sağlamlığını düşünməlidir. Hesab edirəm ki, sərtləşdirmə qərarı zəruri idi”.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »