Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Apteklərdə deksametazon qıtlığı – Kor-koranə kornavirus müalicəsi

Bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST) sədri Tedros Gebreyesus koronavirusun müalicəsi məqsədi ilə Britaniyada sınaqdan keçirilmiş deksametazonu yeni elmi kəşf və inqilab kimi dəyərləndirib.

Bizimyol.info bu barədə ÜST-ün saytına istinadən məlumat yaymışdı. Əldə etdiyimiz məlumata görə, preparatın adı çəkildikdən sonra apteklərdə çox da baha satılmayan və keçmiş zamanlarda da ağciyər xəstəliklərinin müalicəsində istifadə olunan deksametazon və prednizalona güclü tələbat yaranıb. Doktorlar ev şəraitində bu dərmanın həkim məsləhəti olmadan istifadəsini məsləhət görməslər də, koronavirus həyəcanı insanlara güc gəlib.

Məsələyə münasibət bildirən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki,bu dərmandan sui-istifadə ölümcül nəticələr verə bilər.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »