Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TƏBİB Göyçay xəstəxanası ilə bağlı qərarı 2 gündə 3 dəfə dəyişdi

İyunun 17-də TƏBİB tərəfindən Göyçay Rayon Mərkəzi Xəstəxanası COVİD-19-la mübarizə xəxtəxanası kimi fəaliyyətə başlaması elan olundu. Bildirildi ki, bununla əlaqədar xəstələr köçürülür, dezinfeksiya işləri aparılır.

Bu gün isə xəstəxananın direktoru APA-ya bildirib ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası COVİD-19-la mübarizə xəstəxanası kimi fəaliyyətini dayandırıb, əvvəlki qayda ilə xəstə qəbuluna başlayıb.

"Bu səhiyyə ocağı koronaviruzla mübarizə məqsədilə karantin xəstəxanasına çevrilmişdi. Sonra TƏBİB-də bu məsələ yenidən müzakirə edilib, Göyçay RMX-nin bölgənin ən böyük xəstəxanası olması, Göyçaydan xəstələrin uzaq məsafəyə - Ağsu, Yevlax, Mingəçevir və Kürdəmir xəstəxanalarına gedə bilməməsi, eləcə də Göyçay xəstəxanasında çalışan tanınmış həkimlərə və orada quraşdırılan müasir tibbi müayinə avadanlıqlarına görə, Göyçay və ətraf rayonlardan hər gün minlərlə xəstənin müraciət etməsi nəzərə alınaraq, Göyçay Rayon Mərkəzi Xəstəxanasının COVİD-19-la mübarizə xəstəxanası kimi yox, əvvəlki qaydada fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilib.

Bu gün səhər saatlarından başlayaraq Göyçay RMX-nın kollektivi adi qaydada xəstə qəbuluna başlayıb.. Bu bəyanatın üstündən 4-5 saat keçməmiş TƏBİB xəbəri təkzib edərək, Göyçay Rayon Mərkəzi Xəstəxanasının xüsusi rejimli pandemiya xəstəxanası kimi müəyyənləşdirilməsi ilə bağlı qərarın ləğv edilməsinin həqiqəti əks etdirmədiyini yazıb.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »