Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
265 ictimai iaşə müəssisəsi və ərzaq mağazasında pozuntular aşkarlanıb

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən 18 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 201 ictimai iaşə obyekti, 212 ərzaq satışı mağazası olmaqla ümumilikdə 413 müəssisədə reyd keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib. Reyd keçirilən obyektlərdən 265-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

◾ Yasamal rayonunda “Avalon” ailəvi istirahət mərkəzi

◾ Nərimanov rayonunda “Lizzetta” restoranı və “Dəniz” market

◾ Binəqədi rayonunda “Orxan” və “Unimart” marketlər

Digər rayon və şəhərlər üzrə:

◾ Xaçmaz rayonunda Bəşirova İlhamə Ramin qızı və Məmmədov İslam Sabir oğluna məxsus kafeler (hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdır)

◾ Bərdə rayonunda “Sahil” restoranı, fiziki şəxslər Quliyev Mədət Malçı oğlu, Zeynalov Arif Ənvər oğlu, Mahmudov Mahmud Şükür oğlu və Kərimov Murad Maarif oğluna məxsus kafeler

◾ Gəncə şəhərində “Xanımın dükkanı”, “Asim” market, “Yeni market”, Quliyev Əli Sovet oğluna məxsus market, “Gəncə Əyləncə” restoranı, “Fantan” yeməkxanası, “Yeni Həyat” kafesi, “Muğan” restoranı, Məmmədov Fikrət Hidayət oğluna məxsus yeməkxana, Həsənli Tahir Fəxrəddin oğlu və Abdullayev Novruz İlham oğluna məxsus kafe

◾ Masallı rayonunda “Sevimli” və “Buta” market

◾ Salyan rayonunda “Al market”, Qurbanov Kənan Alim oğluna məxsus kafe, Qasımova Sədaqət Böyükağa qızı, Əliyev Sadiq Məmmədağa oğlu, Hacıyeva Laləzar Məhəmmədəli qızına məxsus marketlər

Neftçala rayonunda Mayılzadə Nurlan Mehman oğlu, Qəfərov Şirinbala Eynulla oğlu, Ələkbərov Cəmil Əsgər oğlu, Həsənov Ziyafət Habil oğlu və Nəzirov Əli Əziz oğluna məxsus ərzaq mağazaları

◾ Göyçay rayonunda “Zeynəb”, “Bir İnci” restoranları, “Oskar” market, Novruzov Samir Çingiz oğluna məxsus ərzaq mağazası və Baxışov Xəyal Əlicabbar oğluna məxsus ət satışı mağazası

◾ Qəbələ rayonu, Zarağan kəndində Xancanov Rəsul Eyvaz oğluna məxsus market

◾ Şəki şəhəri, Kiçik Dəhnə kəndində Musayev Heydər Heyyət oğluna məxsus kafe

◾ Balakən rayonunda Sultanova Aygün Kamil qızına məxsus çörək istehsalı və satışı müəssisəsi

◾ Qazax rayonunda “Avey” restoranı

◾ Quba rayonunda “Quba”, “Ekanom” marketləri və Mirzəxanov İftixar Yaşar oğluna məxsus market

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »