Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sergey Lavrov Minskə səfər edib

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Belarusun paytaxtı Minskə səfər edib.

APA-nın xəbərin görə, bu barədə Rusiyanın Belarusdakı səfirliyinin "Twitter" hesabında məlumat verilib.

Səfər çərçivəsində Rusiya XİN başçısı belaruslu həmkarı Vladimir Makeylə görüşəcək.

Rusiya XİN-in mətbuat xidmətindən bildirilib ki, görüşdə Avrasiyada inteqrasiyanın inkişafı, Avrasiya İqtisadi Birliyi, KTMT və MDB çərçivəsində əməkdaşlıq, beynəlxalq platformalarda, xüsusən də BMT və ATƏT-də əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Səfər zamanı Rusiya ilə Belarus arasında vizaların qarşılıqlı tanınması barədə sazişin imzalanacağı da gözlənilir.

Son xəbərlər
Bütün xəbərlər »