Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Anar Ələkbərov: KİV COVİD-19 ilə mübarizədə, xüsusilə də əhalinin maarifləndirilməsi istiqamətində böyük rol oynayır

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə medianın rolu ilə bağlı bir qrup KİV təmsilçisi ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov KİV-in COVİD-19 ilə mübarizədə, xüsusən də əhalinin maarifləndirilməsi istiqamətində böyük rol oynadığını bildirib.

Qarşılıqlı fikir mübadiləsi formatında keçirilən görüş zamanı Anar Ələkbərov bildirib ki, pandemiyanın ilkin mərhələsində müxtəlif çətinliklər proqnozlaşdırılsa da, Prezident İlham Əliyevin əsas prioritetlərindən biri məhz vətəndaşların sağlamlığının qorunması olub və hökumətin fəaliyyəti Prezidentin bu strategiyası üzərində qurulub.

Onun sözlərinə görə, bu prioritet və strategiya çərçivəsində ölkə ərazisindəki xəstəxanalar lazımı avadanlıqla təchiz edilərək pandemiyaya qarşı hazır vəziyyətə gətiriliblər.

Bütün bunlarla yanaşı, xaricdə yaşayan, təhsil alan həmvətənlərimiz də Prezident İlham Əliyevin göstərişi və xüsusi diqqəti ilə Azərbaycana gətiriliblər.

Anar Ələkbərov qeyd edib ki, Azərbaycan Prezidentinin strategiyası sayəsində xəstəliyi nəzarət altına almaq mümkün olub və hazırda bu strategiyaya uyğun lazımı işlər görülməkdədir.

Pandemiyaya qarşı mübarizədə sadəcə dövlətin deyil, eyni zamanda vətəndaşların da səfərbər olmasının vacibliyini qeyd edən Anar Ələkbərov bildirib ki, hazırda xəstəliyin yayılma riskinin azalması üçün vətəndaşlar daha diqqətli olmalı, Operativ Qərargahın təyin etdiyi davranış qaydalarına əməl etməlidirlər.

Anar Ələkbərov bildirib ki, ictimai yerlərdə, nəqliyyatda və əhalinin sıx toplaşdığı yerlərdə Operativ Qərargahın təyin etdiyi davranış qaydalarına riayət etməyə hər bir vətəndaş ilk növbədə özü maraqlı olmalıdır.

Bütün bunlarla yanaşı sadalanan məkanlarda sosial məsafənin gözlənilməsinin vacibliyini qeyd edən Prezident köməkçisi tibbi maskaların taxılmasına nəzarətin gücləndirilməsi üçün aidiyyatı qurumlara da tapşırıqların verildiyini bildirib.

Görüş zamanı Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov KİV nümayəndələrinin pandemiya ilə mübarizə sahəsində fikirləri əsasında qeydlər aparıb və bu fikirlərin cəmiyyətdə pandemiyaya qarşı ictimai rəyin formalaşmasında önəmli olduğunu bildirib.

Anar Ələkbərov KİV və dövlət qurumları arasında əməkdaşlığın vacibliyinə toxunaraq bildirib ki, məsələ hər zaman diqqət mərkəzində olub, bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcək və KİV təmsilçiləri ilə görüşlər mütəmadi xarakter daşıyacaq.

Görüşdə iştirak edən TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı KİV təmsilçilərinin suallarını cavablandırıb və koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan səhiyyəsinin əldə etdiyi uğurları sadalayıb.

Ramin Bayramlı bildirib ki, Heydər Əliyev Fondunun Azərbaycan səhiyyə sisteminin koronavirusla mübarizəyə hazır olması üçün göstərdiyi xidmətlər əvəzsizdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov da öz növbəsində ictimai yerlərdə və eləcə də, qapalı məkanlarda tibbi maskaların istifadəsinin zəruri olduğunu bildirib.

Onun sözlərinə görə, pandemiyaya qarşı mübarizədə hər bir vətəndaş ilk növbədə özü, ailəsi və sağlam gələcək üçün səy göstərməlidir.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› Fransa XİN: “Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir”
Son xəbərlər
Bütün xəbərlər »