Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kür çayında itkin düşən şəxsin meyiti tapılıb

Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində itkin düşən şəxsin meyiti tapılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Sabirabad rayon prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, iyunun 18-də, saat 17 radələrində Kür çayının Sabirabad rayonu, Bulduq kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Emil Məmmədovun çimərkən boğularaq ölməsi və meyitin itkin düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

E.Məmmədovun meyitinin aşkar edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin Muğan dalğıc-axtarış qrupu tərəfindən dərhal axtarışlara başlanılıb, 19 iyun 2020-ci il tarixdə meyit aşkar edilərək müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »