Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AZAL pandemiya dövründə əl yükünün daşınması qaydalarında dəyişikliklər edib

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) COVID-19 pandemiyası dövründə əl yükünün daşınması qaydalarında dəyişikliklər edib.

Qurumdan APA-ya verilən məlumata görə, yeni qaydalara əsasən, təyyarə salonuna əl yükünün keçirilməsi qadağandır.

Bu dəyişikliklər həm daxili, həm də beynəlxalq reyslərlə səyahət edən bütün sərnişinlərə şamil edilir: "Bu tədbiri tətbiq etməklə aviaşirkət təyyarə salonunda növbəni minimuma endirməyə və sərnişinlərin təyyarəyə maneəsiz daxil olmasını təmin etməyə çalışır".

AZAL-ın yeni qaydalarına əsasən, yalnız qadın çantasının və ya kişi portfelinin, həmçinin uşaqlar üçün zəruri əşyaların əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir.

Həmçinin "Duty Free" mağazalarından alınan əşyaların təyyarədə əl yükü qismində daşınması qadağandır.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »