Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Samir Şərifov: "Milli Məclisdə qaldırılan məsələlərin hamısının qeydiyyatını aparmışıq"

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin Milli Məclisin komitəsində və iclasında müzakirəsinə şərait yaratdığınız üçün sizə təşəkkür edirəm”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, komitə sədri Tahir Mirkişili qanun layihəsi barədə kifayət qədər ətraflı məlumat verib: “Burada səslənən sualları şərti olaraq 3 qrupa bölərdim. Birinci qrupa dövlət büdcəsinin icrasına aid olmayan, millət vəkilləri və cəmiyyəti narahat edən suallar daxildir.

Bu məsələlərin hamısının qeydiyyatını aparmışıq. Burada Fəzail müəllim çıxışında hər bir deputatın öz təklif və tövsiyələrini aidiyyəti qurumlara göndərmək imkanı olduğunu xatırlatdı. Biz də öz növbəmizdə bunu edəcəyik. Və nəticələri Milli Məclisə göndərəcəyik. İkinci qrup suallar növbəti illərin dövlət büdcəsi ilə bağlı qaldırılan suallar idi. Deputatlar tərəfindən qaldırılan məsələlərin həlli bir neçə büdcə ili ərzində maliyyə və texniki nöqteyi-nəzərdən mümkün deyil. Ancaq bu məsələlər də qeydə alınır və növbəti büdcənin hazırlanması zamanı nəzərə alınacaq.

Sizi tam əmin etmək istərdim ki, hökumətin bütün orqanları burada qaldırılan məsələlərlə məşğuldurlar. Üçüncü qrup suallar bilavasitə 2019-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı məsələlərdir. Burada da olduqca professional müzakirə komitədə baş verib".

Paylaş »
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
Son xəbərlər
Bütün xəbərlər »