Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin və Hindistan arasında gərginlikdə ABŞ “barmağı”

Çin və Hindistan arasında böyük hərbi gərginlik başlayıb. Dünyanın iki ən çoxsaylı xalqına malik dövlət arasındakı bu böhranın pərdə araxasında beynəlxalq aləmdə baş verənlər və ABŞ əlinin olduğu düşünülür.

Bizimyol.info-nun məlumatına görə, Himalay dağlarının qərbində Ladak bölgəsində iki ölkənin hərbçiləri arasında qarşıdurma yaranıb və hər iki tərəfdən əsgərlər ölüb. Hadisədən dərhal sonra, bölgəyə hər iki tərəfdən çoxlu sayda hərbi texnika gərtirilib.

Şimali Asiya ölkələri üzrə ekspert , politoloq , professor Çengiz Topel Mermer bildirib ki, iki ölkə arasında yaranan hərbi böhranın əsasındakı ərazi iddialarının təməli hələ 19-cu əsrdə qoyulub. 2000-ci illərdən etibarən isə ABŞ Çinə qarşı Hindistandan təzyiq aləti kimi istifadə etməyə başlayıb. Pandemiyadan sonra isə Çinə qarşı güvənsizlik hiss edən və 1962-ci il savaşında torpaqlarını uduzan Hindistanı Çinə qarşı doldurur və cəsarətləndirir.

“İndi başlayan böhranda ABŞ əli var. Çinə qarşı soyuq müharibəyə başlayan Amerika Hindistandan istifadə edir.

Çin və Pakistan arasında başlayan və güclənməkdə olan münasibətlər də Hindistanla gərginliyin artmasına səbəb oldu”,- deyə o qeyd edib.

Qeyd edək ki, Çin 1962-ci ildə Himalay dağlarının ətəyindəki Hindistana məxsus Ladak bölgəsini işğal edib. İndi bu ərazidən strateji əhəmiyyətli yol çəkmək istəməsi Hindistanın narazılığına səbəb olub.

Politoloqun fikrinə görə, Qərb dünyası pandemiyaya görə Çini ittiham edib ağır təzminatlar almaq istədiyi bir zamanda Hindistanın yenidən öz ərazisini iddia edərək savaş çıxarmaq istəyi təsadüfi deyil və qərbin maraqlarındadır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »