Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putini məhkəməyə verdi və koronavirusdan öldü

Rusiyada Çuvaşiya respublikasının keçmiş rəhbəri Mixail İqnatyev koronavirusa yoluxduğu üçün yerləşdirildiyi xəstəxanada bir aydan çox davam edən müalicədən sonra ölüb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu haqda İqnatyevin müalicə olunduğu xəstəxanadan ötən gün iyunun 18-də açıqlayıblar.

“İqnatyev öldü, o, koronavirusa yoluxmuşdu”,-mənbə deyib.

Mixail İqnatyev Rusiyada bu səbəbdən məşhurdur ki, ilin əvvəllərində bir-birinin ardınca qalmaqallara səbəb olub. Məsələn, onu tənqid edən jurnalistləri fiziki divan tutmaqla hədələyib və FHN-in yerli idarəsini üçün avtomobil texnikasının təqdimatı zamanı zabitlərdən birini açarı götürmək üçün yuxarı tullanmağa məcbur edib.

Bu qalmaqalların ardınca İqnatyev qubernator vəzifəsindən çıxarılıb. Bir müddət sonra İqnatyevin koronavirusa yoluxduğu məlum olub. Habelə üzə çıxıb ki, o, qubernator vəzifəsindən çıxarılması barədə prezident Vladimir Putinin qərarından məhkəməyə şikayət verib. Məhkəmə şikayəti baxılmaq üçün qəbul edib və ilk iclası iyunun 30-na təyin etmişdi. Lakin keçmiş qubernator həmin günü görə bilməyib və ölüb.

İqnatyevin müalicə olunduğu xəstəxanadan-Sankt-Peterburqdakı Almazov adına Milli tibbi araşdırma mərkəzindən bildiriblər ki, 58 yaşlı keçmiş qubernator kəskin ürək qan-damar çatışmazlığından əziyyət çəkirdi. Koronavirusa yoluxandan sonra isə onda ikitərəfli pnevmoniya yaranıb, nəticədə siyasətçinin vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər
Bütün xəbərlər »