Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir” - Deputat

“Koronavirusa (COVİD-19) qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən qaydalara birmənalı şəkildə riayət olunmalıdır”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib.

Deputat qeyd edib ki, son günlərdə dünyanı saran Covid-19 virusu bu günədək dünya üzrə 8.476.225 yoluxma sayı ilə, 452.080 can alıb: “Təbiidir ki, belə çətin və əziyyətli dövrdə hər bir ölkə başçısı öz vətəndaşlarının sağlığını və gələcək yaşam prinsiplərini nəzərə alaraq sərt addımlar atmaq məcburiyyətindədir.

Çünki qarşılaşdığımız problem günü-gündən öz fəsadlarını artırmaqda davam edir. Belə bir halda hər bir vətəndaş öz üzərinə düşən vəzifəni, verilən qərarları müzakirə obyektinə çevirmədən yerinə yetirməlidir. Çünki atılan bütün addımlar insanların həyati təhlükəsini minimuma endirmək üçündür. Tətbiq edilən qaydalara birmənalı şəkildə riayət olunmalıdır. Respublikamızda da hal-hazırda 10.991 nəfər yoluxma sayı ilə 133 ölüm qeydə alınıb. Prezidentimiz cənab İlham Əliyev tərəfindən vaxtında alınan önləmlərin nəticəsidir ki, hal-hazırda Azərbaycan dünya göstəriciləri arasında yoluxma sayına görə 61-ci yerdədir. Yoluxma və sağalma arasındakı interval minimuma endirilməsi üçün Respublikamızda verilən qərarlar öz nəticəsini göstərməkdə davam edir”.

Deputat Eldəniz Səlimov qeyd edib ki, dünyada baş alıb gedən ikili standart və bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli münasibəti Ermənistanın işğalçı siyasətini yürütməsi üçün münbit şərait yaradır və buda öz növbəsində əzəldən gözüdönük ölkəni daha da azğınlaşdırır: “Beynəlxalq hüququn norma və prinsiplərinin Ermənistan tərəfindən aşikarcasına pozulmasına laqeyd münasibət, bu vaxta qədər hələ də bu ölkəyə sanksiyaların tətbiq edilməməsi təbii olaraq haqlı narazılıqlar yaradır. Bütün baş verən proseslərə baxmayaraq, Azərbaycan dövlətinin yeritdiyi dərin düşünülmüş xarici siyasət qarşısında aciz qalan beynəlxalq təşkilatlar əsl reallığı etiraf etmək məcburiyyətində qalır, Ermənistanın işğalçı siyasətini pisləyir və bu barədə qətnamə də qəbul edirlər. Hazırda aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.

İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələri qəbul etmişlər. Amma işğalçı dövlət hələdə bu qərar və qətnamələri icra etmir. Ermənistan artıq 27 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə nəinki əməl hətta məhəl qoymur və əfsuslar olsun ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə məsələyə gəldikdə isə 27 ildir ki, qətnamələr icra olunmur. Bu,açıq şəkildə ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma heçbir halda qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar mütləq şəkildə qəbul edilməlidir”.

Ramid İbrahimov

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Erməni keşişlər Xudavəngdə alban-udilərin ibadətinə mane olmağa cəhd edib - Video
››› Boris Yeltsinin ən yaxın adamına vəzifə verildi
Son xəbərlər
Bütün xəbərlər »