Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ölkədən qaçmaq imkanı olan hər bir erməni bu fürsəti boşa vermir”

“Ermənistanda son baş verənlər Nikol Paşinyanın baş nazir kimi iki illik səriştəsiz idarəçiliyinin nəticəsidir. Yaxşı xatırlayırıq ki, Paşinyan küçədən hakimiyyətə populist vədlərin üzərində gəldi. Lakin zaman keçdikcə, insanlar anladılar ki, boş vədlərlə problemlər həll olunmur, ac qarınlar doyurulmur”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.

Tamam Cəfərova Tamam Cəfərova

Deputat qeyd edib ki, son iki ilin statistikasına baxsaq, Ermənistanda yoxsulluğun səviyyəsi artan xətt üzrə davam edir: “Ölkə yenə də xarici borclardan, ianələrdən asılı vəziyyətdədir. Əhalinin sayında sürətli azalmalar müşahidə olunur. Ölkədən qaçmaq imkanı olan hər bir erməni bu fürsəti boşa vermir. Üstəlik, siyasi represiyaların da davamlı hal alması və daha geniş çevrəyə sirayət etməsi, bu ölkədəki vəziyyəti dözülməz hala gətirib.

Belə olan təqdirdə, ortaya marağlı bir sual çıxır: Görəsən, nəyə görə beynəlxalq təşkilatlar və bu təşkilatlar üzərində söz sahibi olan dövlətlər, Paşinyanın demokratiya adı altında siyasi opponentlərinə və ictimai fəallara qarşı reressiyalarını görmür və ya görmək istəmir? Bu ölkədəki prosesləri izləyən hər bir kəsə məlum idi ki, Dağlıq Qarabağda keçirilən saxta və heç bir ölkənin tanımadığı seçkilərdən sonra, Paşinyan İrəvanda rəqiblərinə qarşı divan tutacaq. Çünki, Paşinyana Qarabağda mövqeyini möhkəmlətmək üçün, onun iradəsinə tabe olan bir şəxs lazım idi ki, bunu da saxta seçkilərlə həll etmiş oldu”.

Deputat bildirib ki, toxunulmazlığından məhrum edilən Qaqik Sarukyanın kimliyi, əməlləri əvvəldən Paşinyana məlum idi: “Belə olan təqdirdə, niyə Paşinyan hakimiyyətə gələndə korrupsioner Sarukyanla dialoq içində idi? Deməli, onun korrupsiya əməllərinə bilə-bilə göz yumulurdu. İndi işə yaramır, həbs olunmalıdır. Və beynəlxalq təşkilatlar da buna göz yumur... Hər bir xırda məsələni şişirdib dünyaya səs salan Avropa Şurası hələ də sükut içindədir. Necə ki, 2008-ci il prezident çekilərindən sonra baş verənlərə də, analoji reaksiyasızlığı nümayiş etdirmişdi. Xatırlayırsızsa, seçkinin nəticəsinin total saxtalaşdırılmasına etiraz edən aksiyaçılara atəş açıldı, onlarla yaralı və ölüm halı qeydə alındı. Amma beynəlxalq qurum və ölkələrin reaksiyası baş verənlərə adekvat olmadı”.

Deputat Tamam Cəfərova Ermənistanda baş verən son hadisələrlə bağlı danışarkən hələ ki Avropa İttifaqının rəhbəri Donald Tuskun reaksiyasının məlum olduğunu bildirib: “Ola bilsin ki, yaxın günlərdə bu kimi açıqlamaların sayında artım müşahidə olunsun. Çünki artıq havadarları Ermənistanda baş verənləri, demokratik prinsiplərin ayaqlar altına atılmasını dünya ictimaiyyətindən gizlədə bilmirlər.

Əgər analoji hadisələr Azərbaycanda baş versəydi, buna dərhal və ən kəskin şəkildə reaksiyalar verilərdi. Və bu reaksiyanın ən sərti Avropa Şurasından gələrdi. Çünki bu təşkilatın ikili standartlarla yaşaması, artıq heç kimə sirr deyil. Sözsüz ki, bu tip qurumların qərəzli bəyanatları Azərbaycanı tutduğu yoldan, demokratik prinsiplərə sadiqliyindən, inkişafından saxlaya bilməz və necə ki, bilmir... Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, azad siyasi rəqabət mühiti, söz azadlığı, insan faktoruna verilən dəyər dünya dövlətləri və təşkilatlarının etiraf mövzusudur. Və bu inkişafın üzərində Cənab Prezidentin iradəsi, əzmi dayanır”.

Ramid İbrahimov

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »