Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Çinin koronavirusu qəsdən yaydığını istisna etmir

ABŞ prezidenti Donald Tramp güman edir ki, Çin hakimiyyəti yeni koronavirusun başqa ölkələrə yayılmasının qarşısının alınması üçün daha aktiv tədbirlərə təşəbbüs etməyə bilərdi.

"Report" xəbər verir ki, bu barədə ABŞ lideri “The Wall Street Journal” qəzetinin jurnalistlərinə müsahibəsində bildirib.

"Ehtimal var ki, bu qəsdən idi", - Tramp deyib. Onun versiyasına görə, rəsmi Pekinin beləliklə bir sıra başqa dövlətlərin iqtisadiyyatına zərər vurmağa çalışması mümkündür. Tramp xatırladıb ki, pandemiyanın başlanğıcına qədər ABŞ-da iqtisadi vəziyyət çox əlverişli olub.

ABŞ prezidenti etiraf edib ki, kəşfiyyat xidmətləri bu versiyanı təsdiq edə bilən hər hansı məlumatlar almayıb. Trampın ehtimalına görə, Çin hakimiyyəti virusun yayılması ilə mübarizədə hansısa səhvlər buraxıb.

Çinin virusun başqa ölkələrə yayılmasına mane olmamasından bəhs edən Tramp deyib: "Mən düşünmürəm ki, onlar belə edib”.

Amma dəqiq bilmək olmaz. Bu (koronavirus) zərər vurdu", - o əlavə edib.

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma hallarının sayına görə birinci yerdədir. Ölkədə habelə xeyli sayda insan COVID-19-dan ölüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,4 milyonu ötüb. Bunların 4,4 milyondan çoxu sağalıb, 451 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
Son xəbərlər
Bütün xəbərlər »