Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hamının kişi kimi tanıdığı qadın həkim - Foto

Böyük Britaniyada öz dövrünün məşhur həkimlərindən olan Ceyms Berri 1865-ci ildə vəfat edəndən sonra məlum olmuşdu ki, o, əslində, kişi yox, qadın imiş.

O, bir ömür cinsiyyətini gizlətməyi bacarmışdı.

Ceyms Berri Ceyms Berri

Bizimyol.info xəbər verir ki, Ceymc Berrinin qadın olduğunu xidmətçi Sofiya Bişop üzə çıxarmışdı. Həkimin ölümündən sonra ona toxunan qadın həqiqəti bilmişdi. O da məlum olmuşdu ki, həkim vaxtilə doğuş da keçirib.

Ceyms Berrinin qadın olması cəmiyyətdə şok effekti yaratmışdı. Qadının hərbi cərrah olmasını o vaxt heç kim ağlından keçirə bilməzdi. Özü üçün belə rüsvayçılığı Böyük Britaniya ordusu 100 il gizlətmişdi. Həkimi isə elə Ceyms Berri kimi dəfn etmişdilər.

Yalnız ötən əsrin 50-ci illərində Ceyms Berrinin əslində kim olduğu ictimaiyyətə açıqlandı. Tarixçi İzabel Rey tanınmış həkimin Marqaret Enn Balkli olduğunu bildirdi. Mişel dü Priz 2000-ci illərdə bu tarixi şəxsiyyətə neçə tədqiqat həsr edib. Tədqiqatçının arxivində Marqaretin öz imzası ilə məktubu da var. Xətləri tutuşduranda Ceyms Berrinin də belə yazdığı məlum olur.

İş orasındadır ki, əsl Ceyms Berri də həyatda olub. Marqaretin dayısı belə adlanırdı. Qadın dünyaya 1795-ci ildə irland ailəsində göz açmışdı. Onun ailəsi haqda az məlumat qalıb. Atası ticarətlə məşğul olurmuş. Bir dəfə müflis olaraq həbsxanaya düşüb. Ailə ağır vəziyyətdə qalıb. Marqaretin böyük qardaşı olsa da, o da öz ailəsinin qayğısına qalmaq məcburiyyətində imiş.

Bir dəfə Marqaret ailəni yığır və öz qərarına açıqlayır. Universitetə daxil olub, həkim peşəsinə yiyələnmək lazımdır. Əlbəttə, əvvəlcə qadına çevrilmək vacibdir. Dayısı ona öz ad və soyadından istifadə etməyə icazə verir.

Bir gün Marqaretin anası hamıya elan edir ki, qızı xəstədir və Şotlandiyaya müalicəyə getməlidir. Paroxoda əyləşdilər, Edinburqa qədər getdilər. Paroxoddan düşəndən sonra isə xanım Balklinin yanında kişi kostyumu geyinmiş Marqaret – yeni Ceyms Berri var idi.

Ceyms 1810-cu ildə tibb fakultəsinə daxil olur. Universiteti bitirəndən sonra işləri yaxşı getməyə başladı. Hindistanda, Cənubi Afrika Respublikasında işlədi. Məhz Keyptaunda Ceymsin, yəni Marqaretin lord Çarlz Somerset ilə sevgi macərası olmuşdu. Kənardan onları homoseksual sayırdılar. Ceyms bütün ömrüboyu lord haqda yalnız yüksək fikir deyib. Sirri də lap axıra qədər qoruyublar.

Ceyms Berri Afrikada tibbə az töhfə verməyib. O, ingilislərlə yerlilərin bərabər müalicə haqlarının olduğunu deyirdi. Yaxşı hospitallar yaradılmışdı. Berri qeysəriyyə əməliyyatlarını uğurla həyata keçirirdi. Uğurları onu lap uzaqlara – Mavrikiyə, Kanadaya, Trinidad və Tobaqoya aparıb çıxardı.

Yəqin ki, həkimin sirrini yamaykalı xidmətçisi Con bilirdi. Amma o, Berrinin ölümünə qədər sadiqlik nümayiş etdirmişdi. Ceymsdən - Marqaretdən indi xoş xatirələr və bir az əyilmiş qəbirdaşı qalıb.

Son xəbərlər
Bütün xəbərlər »