Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
12 yaşlı oğlan SSRİ-dən necə qaçmışdı - Foto

1980-ci illərin əvvəllərində SSRİ-də böyük qalmaqal yaşanmışdı. 12 yaşlı oğlan ABŞ-dan siyasi sığınacaq istəmişdi.

Bizimyol.info SSRİ-dən qaçan Vladimir Polovçak haqda danışacaq.

Vladimir Polovçak Vladimir Polovçak

1980-ci ildə Çikaqoya SSRİ-dən üç uşağı ilə birlikdə Mixail və Anna Polovçaklar gəlmişdi. Amma ailənin başçısı ABŞ-da heç cür özünə yer tapa bilmirdi. Qərar geriyə qayıtmaq idi. Amma bu, uşaqlardan ikisinin xoşuna gəlmədi. 17 yaşlı Natalya və 12 yaşlı Vladimir vətənə qayıtmaq istəmirdilər. Səfirlik isə sərt tələb qoymuşdu: hamı qayıdır. Natalya ABŞ-da əmisi oğlunu tapır və onun evinə köçür. Vladimir də bacısının arxasınca gedir. Mixail və Anna polisə müraciət edəndən sonra uşaqları tapırlar. Natalyanı məcbur SSRİ-yə aparmaq mümkün deyildi. Qanunvericilik buna imkan vermirdi. Qalırdı Vladimirin məsələsi. 12 yaşlı yeniyetmə polisləri yola gətirmək fikrinə düşür. Ukraynca heç nə başa sala bilmir, tərcüməçi çağırmaq lazım gəlir. Tezliklə televiziya oğlanla əlaqə saxlayır və böyük siyasi oyun başlayır.

ABŞ və SSRİ mətbuatı oxucularına fərqli informasiya çatdırırdılar. Sovet İttifaqında iddia edirdilər ki, uşağı baptistlər oğurlayıb. Guya Vladimiri konfet və velosipedlə aldadıblar. ABŞ mətbuatı isə yazırdı ki, uşağı vətəndə təhlükə gözləyir.

Amerika hökuməti Vladimir üçün vəkil ayırmışdı. Vəkil ona rəsmi şəkildə siyasi sığınacaq üçün müraciət etməyi məsləhət görmüşdü. Beləcə, Mixail və Anna 1981-ci ildə SSRİ-yə Vladimirsiz qayıtmalı oldu.

Vladimir Polovçak, Mixail Polovçak, Anna Polovçak Vladimir Polovçak, Mixail Polovçak, Anna Polovçak

Vladimir lap sonralar etiraf edəcəkdi ki, həmişə qorxu içində yaşayıb. Qorxurmuş ki, onu KQB agentləri oğurlayar. Amma hər şey yavaş-yavaş qaydasına düşdü. 1985-ci ildə ona ABŞ vətəndaşlığı verdilər. Adını dəyişib Uolter etdi. Valideynləri qəlbinin dərinliyində Vladimiri anlayır və onu dəstəkləyirdilər. Amma bu haqda açıq danışmağa qorxurdular.

Üç il keçəcək və kiçik Polovçakın “Azadlıq uşağı” kitabı işıq üzü görəcəkdi. Kitabı yazmaqda ona jurnalist Kevin Kloze kömək etmişdi.

Vladimir yetkinlik yaşına çatandan 8 il sonra Ukraynaya gələ bildi. Valideynləri vəfat edənə qədər onlara baş çəkirdi. Onun sözlərinə görə, atası son günlərində SSRİ-yə qayıtmağı özünün ən böyük səhvi adlandırırdı.

Son xəbərlər
Bütün xəbərlər »