Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatdan “görünməz düşmən” və Ermənistanda baş verən son hadisələrlə bağlı açıqlama

“COVID-19 silahsız müharibə elan edən ordu kimi bəşəriyyətlə döyüşür. Bu günə qədər hələ pandemiyaya tam qalib olan ölkə yoxdur. Bunun əsas səbəbi insanların üzərinə düşən məsuliyyəti yerinə yetirməməsidir. Gündən-günə artan yoluxmalar böyük itkilərə gətirib çıxardır”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, infeksiyanln yayılma sürəti böyüyür, vaxt keçdikcə qarşısı alınmaz bir bəlaya çevrilən bu xəstəliyin yoluxma nisbətini müsbətə doğru dəyişmək üçün hər bir ölkə özünəməxsus şəkildə qadağalar, məhdudiyyətlər qoyur: “Əsas problem bu məhdudiyyətlərə riayət olunurmu? Nə qədər ki, insanlar buna məhəl qoymayacaq, o qədər də koronavirus böyük təhlükə olaraq qalacaq. Əgər əvvəlki həyat tərzimizi bərpa etmək istəyiriksə, dövlətlə həmrəy olub, mübarizə aparmaq lazımdır. Dünyada baş verən hadisələrə nəzər salsaq görərik ki, vətəndaşlar qanuna tabe olmaq istəmirlər. Bunun da cəmiyyət üçün mənfi nəticələri ortaya çıxır.

Hazırda bütün dünya ölkələri COVID-19-la mübarizəyə səfərbər olunub. Təəssüf ki, dünya üzrə göstəricilər heç də ürəkaçan deyil. Artıq 213 ölkədə 8 milyondan çox insan bu xəstəliyə yoluxub. Beynəlxalq aləmdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq koronavirusun yayılmasının qarşısını almaq hələ ki, mümkün olmayıb. Dünya üzrə bu xəstəliyə ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 2 milyondan artıq insan infeksiyaya düçar olub, 120 min vətəndaş isə koronavirusa məğlub olaraq vəfat edib. Bəzi dövlətlərin koronovirusla mübarizə strategidiyasına əsaslansaq deyə bilərəm ki, Çin kimi böyük və əhalisi çox olan ölkə sərt karantin rejimi ilə vəziyyəti sabitləşdirə bildi. Bütün dövlətlərdə qadağalar və məhdudiyyətlər davam edir. Çox güman ki, müəyyən müddət ərzində də davam edəcək. Avropada koronovirusun yeni İsveç modeli yaranması İşveç parlamentində ciddi narahatlıq yaradıb. Çünki pandemiya yaranan vaxt İsveç Baş epidemiloqu sərt qadağalara ehtiyac olmadığını açıqlamışdı. Sonralar dünya ölkələri bu addımı uğursuz adlandırmışdır. Bu səbəbdən də Avropanın bəzi dövlətlərində yavaşlayan yoluxma dinamikası İsveçdə daha da artır. Ümumillikdə dünya ölkələrinin pandemiyaya hazır olmadığını müşahidə etdik”.

Ermənistanda baş verən hadisələrə münasibət bildirən deputat Müşfiq Cəfərov qeyd edib ki, son zamanlar Ermənistanda daxili çəkişmələr, siyasi-iqtisadi böhranın böyüməsi iqtidarın səriştəsiz fəaliyyəti ilə əlaqədardır: “Düşmən dövlətdə baş verən hadisələrə dünya birliklərindən, Qərb institutlarından heç bir rəy verilməməsi həmin təşkilat və institutların ikili siyasətini ortaya qoyur. Ermənistanda xalqa, KİV-ə qarşı təzyiqlər parlament qarşısına toplaşan əhaliyə zor tətbiq edilməsi, insan haqları carçısı olan beynəlxalq qurumların susması ilə qərbin bəzi qurumlarının hər zamankı yanaşmasını görürük. Paşinyan hakimiyyətdə olduğu iki il ərzində öz siyasi rəqiblərini sıxışdırıb və həbs etdirib. Ermənistanın baş naziri siyasi repressiya həyata keçirir desək heç də yanılmarıq. Paşinyanın adının çəkildiyi bəzi xoşagəlməz hadisələr heç də yaxşı hal deyil. Qərbin bir sıra qurumlarından nəinki buna, hətta daxildə baş verən özbaşınalığa etiraz yoxdur. Bundan belə nəticəyə gəlmək olar ki, bu proseslər Avropanın bəzi qurumlarının maraqları ilə üst-üstə düşür”.

Ramid İbrahimov

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »