Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko əsas rəqibini həbs etdirdi

Belarusun dövlət başçısı Aleksandr Lukaşenko avqustun 9-da altıncı dəfə prezident seçkilərində mübarizə aparacaq. “Batya” bu dəfə heç vaxt olmadığı qədər müqavimətlə üzləşib. Lukaşenko ciddi narazılıqlar fonunda rəqiblərini sıradan çıxarmağa çalışır.

Bizimyol.info xəbər verir ki, Belarus prezidenti seçkilərdəki əsas rəqibini həbs etdirib. Bir neçə saat əvvəl “Belqazprombank”ın keçmiş rəhbəri Viktor Babariko saxlanılıb.

Viktor Babariko Viktor Babariko

Dövlət Nəzarəti Komitəsinin rəhbəri İvan Tertel onun qanunvericilik əleyhinə fəaliyyətin təşkilatçısı kimi həbs edildiyini bildirib. İttihamların sırasında 60 milyon dollara qədər veksellərlə işdə dələduzluq məsələsi də var. Guya Babariko bu yolla xarici hesablara böyük vəsait yönəldib.

Tertel prezidentliyə namizədin Latviyanın ABLV bankının köməyi ilə ölkədən 430 milyon dollar çıxardığını iddia edir. Komitə sədri bankın rəhbərliyinin pis kredit tarixçəsi olan sahibkarlara rüşvət müqabilində pul ayırdığını da iddia edir

İş üzrə “Belqazprombank”ın 20-yə qədər keçmiş əməkdaşı həbs olunub. Babariko cinayət sxeminin təşkilatçısı kimi təqdim edilir.

Son xəbərlər
Bütün xəbərlər »