Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TƏBİB: "Koronavirusa yoluxma sayı xeyli azalan bölgələrimiz var"

Ötən həftə narıncı bölgəyə aid edilən 3 bölgənin 2 həftəlik sərt karantin rejiminə aid edilməməsi məsələsinə aydınlıq gətirilib.

APA-nın məlumatına görə, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Salyan, Kürdəmir və İsmayıllıda koronavirusa yoluxma sayının azalması səbəbindən həmin bölgələrin sarı zonaya aid edildiyini qeyd edib: “Hazırda sarı bölgə üzrə epidemioloji vəziyyət stabildir. O bölgələrdə insanlar kənd təsərrüfatı ilə, əkinçiliklə məşğul ola bilərlər. Hətta yoluxma sayı xeyli azalan bölgələrimiz də var, yaşıl bölgəyə əlavə etmək olar, gündəlik 1-2 yoluxma olur. Bəzən insanlar aqressiyalarını bizə ünvanlayırlar. Amma biz həkimik, borcumuz vətəndaşa xidmət göstərməkdir. Arzumuz odur ki, biz də rahat nəfəs ala bilək, həkimlərin adından deyirəm. Yəni düşünün ki, maska ilə olmaq nə qədər çətindir, həkimlərimiz kombinezonlarda olurlar. Elə xəstəxanalarımız var ki, orada heç bir palatada kondisioner nəzərdə tutulmayıb. Düşünün, o palatalarda saatlarla xidmət etmək nə qədər çətindir. Bircə şeyi bilmək lazımdır ki, biz maska taxsaq, əlimizi təmiz yusaq və məsafə saxlasaq normal həyata dönəcəyik”.

Qeyd edək ki, 50-yə qədər yoluxma sayı sarı bölgəyə, 50-100 arası yoluxma olan bölgələr isə narıncı bölgələrə daxil edilir.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »