Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda məmurların və həyat yoldaşlarının xarici pasportları əlindən alınır

Türkmənistanda iqtisadi vəziyyət yaxşı deyil. Ölkə rəhbərliyi hamını arxayın etməyə çalışsa da, mağazaların qarşısında nəinki çörək, hətta siqaret üçün uzun növbələr yaranır.

Bizimyol.info xəbər verir ki, Türtkmənistanda məmurlardan xarici pasportları yığırlar. Bütün məmurlardan üç gün ərzində sənədi miqrasiya xidmətinə müvəqqəti saxlamaq üçün təqdim etmək tələb olunur. Alternativ media bu qərarı onların ölkədən çıxışının məhdudlaşdırılması kimi qiymətləndirir. Yəni heç bir məmur Türkmənistandan qaça bilməsin. Müstəqil medianın yazdığına görə, məmurların həyat yoldaşlarının pasportları da əlindən alınır.

“Türkmənistan Hava Yolları” onsuz da iyulun 20-nə qədər heç bir uçuş həyata keçirməmək qərarı verib. Hərçənd, şirkətin pandemiyaya görə bu günə olan zərəri 30 milyon dolları keçib. Üstəlik, Aşqabad aeroportunun xərcləri də var. Müstəqil media “Türkmənistan Hava Yolları”nın sentyabra qədər uçuş həyata keçirməyəcəyini yazır.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
Son xəbərlər
Bütün xəbərlər »