Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stalinin marşalının cümə günündən niyə xoşu gəlmirdi

İosif Stalinin dövründə Sovet İttifaqı marşalı rütbəsinə yüksələn Rodion Malinovski çox vacib hərbi əməliyyatlarda iştirak etmişdi. Amma həmişə cümə gününün ona düşərli olmamasına inanmışdı.

Bizimyol.info xəbər verir ki, marşal ayrı-ayrı döyüşlərdə üç dəfə məhz həftənin beşinci günü yaralanmışdı. Hələ o vaxt general-leytenant olan Malinovski 1942-ci ilin iyulun 24-də Rostovda almanlarla üz-üzə gəlmək istəməmişdi. Çox sadə səbəbə görə. Həmin gün həftənin beşinci gününə düşürdü. Amma Stalini yola gətirmək mümkün olmamışdı. Malinovskinin rəhbərlik etdiyi hərbi qüvvə o gün almanlara uduzmuşdu. General-leytenant qoşunu xilas etmək üçün geri çəkilmək əmri vermişdi. Beləcə, mühasirəyə düşməkdən yaxa qurtarmışdı. Lakin Stalinin də qəzəbinə tuş gəlmişdi. SSRİ rəhbəri məhz bu əməliyyatdan sonra “Geriyə addım atmaq olmaz!” adlandırılan 227-ci əmrə imza atmışdı.

Malinovski bir müddət daha aşağı missiyaları yerinə yetirməli olmuşdu. Amma Birinci Dünya Müharibəsində şücaət göstərmiş rütbəli zabiti belə ağır müharibədən kənarda qoymaq olmazdı. Malinovskiyə ikinci şans verilmişdi və o, özünü doğrultmağı bacarmışdı.

Marşal ağıllı adam sayılırdı. Şahmatla maraqlanır, fransız və ispan dillərində çox yaxşı danışırdı. Bircə cümə günü sindromu ona heç cür rahatlıq vermirdi. Taleyin ironiyasına bax, Malinovski 1967-ci il martın 31-də gözünü əbədi yumanda təqvimdə həftənin beşinci gününü göstərirdi.

2003-cü ildə “Krasnaya Zvezda” qəzeti marşalın həyat yoldaşı Raisanın bir ifadəsini dərc etmişdi. Qadın dünyadan köçən həyat yoldaşına müraciətlə stolüstü təqvimdə yazıbmış: “Lənətə gəlmiş cümə. Sən onu sevmirdin, o da səni apardı...”

Raisa Yakovlevna vəfat edəndə də cümə günü idi...

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »