Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə Robert Köçəryanın həbsdən buraxılmasına qərar verib

Ermənistan Apelyasiya Məhkəməsi ölkənin sabiq prezidenti Robert Köçəryanın girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatəti təmin edib.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Arsen Nikoqosyanın sədrliyi ilə keçirilən məhkəmə iclasında R. Köçəryanın 2 milyard dram müqabilində azadlığa buraxılması barədə qərar qəbul edilib.

Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş aksiyanın dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində R. Koçaryana qarşı konstitusiya quruluşunun pozulmasına dair ittiham irəli sürüb. Bir gün sonra keçmiş prezident həbs olunub. Bu ilin mayında R. Koçaryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apelyasiya Məhkəməsi keçmiş prezident R. Koçaryanın həbsi ilə bağlı qərar qəbul edib. O həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham edilir.

Son xəbərlər
Bütün xəbərlər »