Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın beynəlxalq ehtiyatları 570 mlrd. dolları ötüb

Rusiyanın beynəlxalq ehtiyatları 12 iyun tarixinə 570,8 mlrd. ABŞ dolları təşkil edib.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının dərc etdiyi məlumatda deyilir.

Qeyd olunub ki, bu, 5 iyun tarixinə olan göstəricidən 1% və ya 5,6 mlrd. dollar çoxdur.

Tənzimləyici həmçinin qeyd edib ki, artım daxili valyuta bazarında xarici valyutanın satılması ilə qismən qarşılanmış müsbət yenidən qiymətləndirmə nəticəsində baş verib.

Son xəbərlər
Bütün xəbərlər »