Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pekindən Çinin regionlarına avtobus səfərləri koronavirusa görə dayandırılır

İyunun 19-dan etibarən Pekindən Çinin regionlarına avtobusla sərnişindaşımalar dayandırılacaq.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Pekin şəhərində koronavirusa yoluxma halları ilə əlaqədar belə qərar qəbul edilib.

Qərara regionlararası fəaliyyət göstərən turist avtobuslarının fəaliyyətinə də şamil edilib.

Sərnişinlər biletlərin pulunu geri ala biləcəklər.

Qeyd edək ki, çərşənbə günündən etibarən Pekin şəhərində ictimai səhiyyə sahəsində ikinci dərəcəli fövqəladə vəziyyət elan edilib.

Son xəbərlər
Bütün xəbərlər »