Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda karantin zamanı təhlükəli manevrlər edən sürücü saxlanılıb - Video

Bakı şəhərində tətbiq edilən sərt karantin günündə paytaxtın Nəsimi rayonu ərazisində boş küçələrdə təhlükəli manevrlər edən avtomobilin sürücüsü Nicat Kərimov saxlanılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, sürücünün barəsində tədbir görülməsi üçün sənədlər toplanılaraq, Nəsimi Rayon Məhkəməsinə göndərilib: “Hazırda məhkəmənin qərarı elan olunmayıb”.

Qeyd edək ki, sərt karantin rejiminin ikinci günündə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsində naməlum şəxsin avtomobillə boş küçələrdə təhlükəli manevrlər etməsi barədə sosial şəbəkələrdə videgörüntülər yayılıb.

Paylaş »
››› "Ərdoğan Məhəmməd peyğəmbərə görə Rasmussenə də veto qoymuşdu"
››› Putinin yaxın dostuna ağır zərbə
››› Ukrayna müharibənin bitməsi üçün iki şərtini açıqlayıb
››› Türkiyənin haqlı tələbi NATO-nu dalana dirəndirib: Ağ Evdən "F-16" açıqlaması
››› Rusiya lazer silahı ilə hədələdi, ardınca bu silahın "nağıl" olduğu üzə çıxdı
››› Rusiyada tragikomediya: Pioner və komsomol təşkilatlarını bərpa edirlər
››› Rusiya Kalininqradı itirir: NATO Baltik dənizinə qüvvə cəmləyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »