Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tərlan Əhmədov: “Çempionat bərpa olunsaydı, daha yüksək pilləyə qalxa bilərdik”

“AFFA İcraiyyə Komitəsinin qərarı əsas götürülür. Verilən qərara da hörmətlə yanaşırıq”.

Bunu apasport.az saytına “Keşlə” klubunun baş məşqçisi Tərlan Əhmədov deyib.

Təcrübəli mütəxəssis AFFA İcraiyyə Komitəsinin bu gün 2020/21 mövsümünün erkən başa çatdırılması qərarına münasibət bildirib. Çempionatda 3-cü pillədə yer alan komandasının bürünc medala layiq görülməsini və Avropa Liqasına vəsiqə qazanmasını dəyərləndirən Əhmədov indiki məqamda sağlamlığın hər şeydən önəmli olduğunu söyləyib: “Dövlət başçımızın pandemiya ilə bağlı qərarları var. Hamımız özümüzü qorumalıyıq, maksimum dərəcədə özümüzün, yaxınlarımızın sağlamlığının qeydinə qalmalıyıq. O ki qaldı AFFA-nın qərarına, əlbəttə ki, çempionatın idman prinsipləri əsasında tamamlanmasını istəyərdik. Təəssüf ki, Azərbaycanda virusa yoluxmalarda artım var. Bu səbəbdən də Premyer Liqanın dayandırılması məqsədəuyğun görüldü”.

Paytaxt klubunun çalışdırıcısı vurğulayıb ki, mövsüm davam etdirilsəydi, hətta ikinci pilləyə də iddia edə bilərdilər: “Fikrimcə, çempionat bərpa olunsaydı, daha yüksək pilləyə qalxa bilərdik. Ancaq mövsümü 3-cü pillədə başa vurduq. Bundan sonra avrokuboklarda necə çıxış edəcəyimiz barədə nəsə demək üçün hələ tezdir”.

Qeyd edək ki, Premyer Liqada 3-cü yeri tutan “Keşlə” növbəti mövsüm Azərbaycanı Avropa Liqasında təmsil edəcək.

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› İtkin düşmüş erməni əsgərlərin yaxınları Putindən imdad diləyir
››› AKP sözçüsü: "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq"
Son xəbərlər
Bütün xəbərlər »