Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AZAL biletlərinin satışı ilə bağlı şikayət var

Bu gün "Azərbaycan Hava Yolları" QSC ( AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm daxili aviareysləri bərpa edir.

Qaydalara əsasən, Uçuşa yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) üçün müayinədən keçən və mənfi nəticə əldə edən sərnişinlər buraxılır. Müayinə uçuşdan ən gec 48 saat əvvəl aparılmalıdır.

Bizimyol.info redaksiyasına AZAL-ın Naxçıvana uçuşları ilə bağlı şikayətlər daxil olub. Vətəndaşlar qeyd edirlər ki, AZAL Naxçıvana pandemiyadan əvvəl bilet alanları qoyub, bu günki uçuşun biletlərini xüsusi şəxslərə satır.

“Halbuki, ilk reysdə əllərində bilet gözləyən sərnişinlər uçmalı idi. Öncədən bileti olan şəxslərə deyirlər ki, siz iyulun 7-i gözləyin. Rəzalət ondadır ki, pandemiyaya görə uçuşlar təxirə salındığından əllərində bilet aylarla gözləyən sərnişinlər qala-qala elektron bilet satıblar ilk reysə. Halbuki, ədalət prinsipi, növbə prinsipi ilə neçə aydır Bakıda qohum evində qalanlar göndərilməliydi ilk reysdə.Öz dost tanışlarını qabağa salıblar. Allah bilir o biletlər neçəyə satılıb. Niyə sərnişinləri varlıya, kasıba adamı olana , olmayana bölüblər? Əlimizdə bilet aylardır gözləyirik. Pandemiyadan öncə Duz Dağına müalicəyə getmiş ailə üzvlərim geri gələ bilmirlər.Körpə uşaqla nə qədər otelllərdə qalmaq olar? Aylardır ailəsini görməyənlər var. Bu nə ayrıseçkilikdir”,- deyə Sədaqət Kazımova adlı izləyicimiz bildirib.

Şikayət əsasında göndərilən sorğuğya cavab olaraq AZAL-dan bildirilib:

“Cari şərtlərə uyğun olaraq, Bakı-Naxçıvan-Bakı reyslərinə aviabilet satışı Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi tərəfindən təqdim olunmuş sərnişinlərin siyahısına əsasən həyata keçirilir.

Reyslərdə yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, “Azərbaycan Hava Yolları” ilk növbədə təcili uçuşa ehtiyacı olan sərnişinlərin aviabilet almaq üçün müraciət etmələrini tövsiyə edir”.

İlhamə Rəsulova 

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Paşinyan etimad referendumu keçirmək istəyir
Son xəbərlər
Bütün xəbərlər »