Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qalaktikamızda 36 şüurlu sivilizasiya mövcuddur - İddia

Bəşəriyyəti hər zaman bu sual düşündürüb. Yerdən kənarda şüurlu varlıqlar mövcuddurmu, həyat varmı?

Bizimyol.info-nun məlumatına görə, Hottingem Universitetinin apardığı və “The Astrophysical Journal”da dərc edilmiş elmi araşdırmalar bu suala cavab verib. Təkcə bizim qalaktikada 30-dan çox sivilizasiyanın olması ehtimalı 100 faizdir.Ə gər bu sivilizasiyaların yaşı bir neçə min ildirsə, bu ehtimal özünü doğruldur. Alimlər bu araşdırmanı riyazi hesablamalara əsasən aparıblar.

“Yer kürəsində şüurlu həyatın formalaşması üçün 5 milyard il tələb olunub. Qalaktikamızdakı digər planetlərdə də bu yolla hesablamalar aparsaq 36 şüurlu varlığın mövcudluğu mümkündür”,- deyə professor Kristofer Konselis bəyan edib.

“Bizim yeni araşdırmamız təkamül prosesinə kosmik miqyasda baxışı əsas götürüb.Bu “Kopernikin astrobioloji hədd” nəzəriyyəsi adı verilmiş bir nəzəriyyədir. Nəzəriyyə müəlliflərinin fikrinə görə,ən yaxın qonşularımız bizə 1700 işıq ili məsafəsində yaşayırlar.Müasir texnologiyalar onlarla əlaqəni imkansız edir.

Alimlər həmçinin yeni şüurlu varlıqlar barəsində araşdırmanın Yer sivilizasiyansıznın sonu barədə də fikir deməyə yardımçı olacağını düşünürlər. Əgər biz görsək ki, şüurlu həyat adi haldır, o zaman bizim sivilizasiyanın düşündüyümüzdən bir neçə min il daha çox yaşı olduğunu deyə bilərik. Əgər qalaktikamızda şüurlu varlıqlar tapmasaq, bu bizim öz perspektivimiz baxımından pis əlamət sayıla bilər”,- deyə elmi jurnal yazır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »