Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
QHT sədri: “Ermənistanda baş verənlər Azərbaycanda olsaydı, Bakı 24 saatda 8 bəyanat alardı”

"Bu günlərdə Ermənistanın siyasi gündəmində aktivlik artıb. “Çiçəklənən Ermənistan” Partiyasının sədri və Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu siyasətçi Qaqik Sarukyan deputat toxunulmazlığından məhrum edilib. Qanunverici orqan iyunun 16-da bununla bağlı Baş Prokurorluğun verdiyi vəsatətə baxaraq qərar qəbul edib. Sarukyanın deputat toxunulmazlığının ləğvinin lehinə 87 deputat səs verib. Əleyhinə və bitərəf olmayıb. Parlamentdə olan müxalifətçi deputatlar - “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” Partiyalarının təmsilçiləri isə səsverməni boykot ediblər".

APA-nın məlumatına görə, bunu “İslahatçı qadınlar və innovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli deyib.

QHT sədri bildirib ki, son günlər Ermənistanın siyasi gündəmində baş verənlər rəsmi İrəvanın, xüsusilə də Baş Nazir Paşınyanın narahatlığından xəbər verir: “Bildiyiniz kimi, Sarukyan bir müddət öncə ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilmişdi. Bunun ardınca onun mandatdan məhrum edilərək, toxunulmazlığının ləğvi Sarukyanın yaxın günlərdə həbs ediləcəyinə işarə edir”.

QHT sədrinin sözlərinə görə, Q. Sarukyana qarşı bu gün baş verənlərə onun mütəmadi olaraq N. Paşinyan hakimiyyətini tənqid etməsindən sonra start verilib: ““Çiçəklənən Ermənistan” Partiyasının liderinin təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu göstərir. Sarukyanın tərəfdarlarının Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərən zaman ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onların qarşısı kobudluqla alınması, aksiyanı işıqlandıran jurnalistlərə qarşı belə çox kobud davranaraq güc tətbiq edilməsi, prosesin Paşinyanın birbaşa göstərişi ilə həyata keçirilməsini təsdiqləyir. Ancaq çox maraqlıdır ki, baş verən bu qədər ciddi hadisələrə nə, Avropa Birliyi strukturları, nə də Qərb demokratları tərəfindən heç bir reaksiya bildirilməyib. Nəzərə alsaq ki, rəsmi İrəvanla Avropa Birliyi arasında mövcud olan “tərəfdaşlığının prioritetləri” adlı çərçivə sənədində hərtərəfli əməkdaşlıq əsas götürülür, o halda insan hüquqlarının kobud şəkildə pozulmasına münasibət mütləq şəkildə bildirilməli, Ermənistan rəsmilərinə bununla bağlı xəbərdarlıq edilməli idi. Lakin bu gün Avropanın və Qərbin prosesləri sakit şəkildə izləyərək heç bir reaksiya verməməsi sözdə təzyiq mexanizmi olan “demokratik dəyərlərin” hamı üçün tətbiq olunmamasından xəbər verir”.

V. Hüseynlinin sözlərinə görə, bu, Qərbin və Avropanın Ermənistana münasibətdə sərgilədikləri ilk belə mövqe deyil: “Xatırlayırsınızsa, müxalif siyasətçi və jurnalist Mqer Yeqizaryan həbsxanada aclıq edərək öləndə də bu qurumlar sükutu pozmamışdı. İndi gəlin müqayisə edək: Buna bənzər situasiya Azərbaycanda baş versəydi, rəsmi Bakı 24 saatda 8 bəyanat alardı. Bəs o halda son zamanlar diktator kimi tanınan N. Paşınyana qarşı olan bu sevginin qaynağı nədir? Niyə populist çıxışları ilə tanınan N. Paşinyanın hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etməsinə göz yumulur? Niyə güclü liderlərin bir-bir sıradan çıxarılaraq zərərsizləşdirməsi heç bir beynəlxalq təşkilatı, demokratik dəyərləri müdafiə edənləri narahat etmir? Dünya Paşınyanın öz siyasi rəqiblərini bir-bir həbsə atmasına, onları “asfalta uzatmaqla” hədələməsinə niyə göz yumur? Bütün bunların bir məntiqi cavabı var: Hər bir demokratiya tələbinin ardında bir istək, maraq dayanır. Bu gün Paşınyan bu qurumların maraqlarını erməni xalqının marağından üstün tutduğu üçün “demokratik dəyərlər” in müdafiəçiləri də onun etdiyi qanunsuzluqlara, insan hüquqlarını alt-üst etməsinə sükutla yanaşmağa üstünlük verirlər”.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
Son xəbərlər
Bütün xəbərlər »