Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvanda şok gəlişmə: Putindən Paşinyana xəbərdarlıq – Səfirə təlimat verildi

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan parlamenti sədrinin müavini Vaxe Enfiacyan və parlamentin Regional və Avrasiya inteqrasiyası məsələləri daimi komissiyasının sədri Mikel Melkumyanla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Parlament üzvləri ev sahibi ölkənin daxili siyasi gündəliyinin bəzi aspektləri barədə fikirlərini bölüşüb.

Erməni mediası rus səfirin fəallığını və parlamentarilərin səfirliyə dəvət edilməsini təsadüf hesab etmir. Bunun Ermənistanda baş verən son siyasi proseslərlə əlaqədar olduğu iddia olunur.

Erməni mənbələr Kopırkinin müxalifət nümayəndələri və parlamentin bəzi üzvləri ilə sıxlaşan təmaslarını Kremlin İrəvana xəbərdarlığı kimi xarakterizə edir. Bəzi erməni ekspertlərə görə isə bu, keçmiş hakimiyyət tərəfindən mövcud hakimiyyətə qarşı qurulan birliyin ipinin Rusiyanın siyasi elitası tərəfindən ələ alınmasıdır.

Məlumata görə, Ermənistan parlamenti barəsində cinayət işi açılan “Çiçəklənən Ermənistan” partiyasının sədri, parlament fraksiyasının rəhbəri Qagik Çarukyanın gizli səsvermə yolu ilə həbs olunmasına razılıq verib.

Baş prokuror Artur Davtyan təqdim olunan ərizələr əsasında 2017-ci ildə keçirilmiş parlament seçkilərində seçicilərə rüşvətin verilməsini təşkil etməkdə ittiham olunan Çarukyanın azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Qagik Çarukyan ilk dəfə iyunun 14-də Milli Təhlükəsizlik Xidməti tərəfindən sorğulanıb. Elə həmin gün Təhlükəsizlik Xidməti Çarukyanın evinə basqın edib. Sonuncusu ona qarşı irəli sürülən cinayətləri rədd edərək, bunu Paşinyan iqtidarının “siyasi sifarişi” adlandırıb.

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »