Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskva azərbaycanlı tibb bacısına təşəkkür etdi - Foto

Moskva küçələrində azərbaycanlı tibb bacısı Nuranə Eminovanın şəkli ilə banerlər yerləşdirilib.

Moskvada tibb bacısı kimi fəaliyyət göstərən və hazırda COVİD-19 xəstələrinə xidmət edən Nuranə Eminovanın simasında bütün tibb personalına təşəkkür olaraq nəzərdə tutulan bu baner soydaşlarımızda qürur hissi oyadıb. Nuranə Eminova Rusiyada 2012-ci ildən işləyir. Krasnoqorsk Şəhər Xəstəxanasında prosedur tibb bacısı kimi çalışır.

Nuranə Eminova

“Bir azərbaycanlı olaraq, Rusiyada millətimizi çalışqan, qorxmaz və başqalarına kömək etməyə həmişə hazır olan biri kimi göstərdiyimə görə çox məmnunam. Moskva şəhəri və Moskva vilayətində yayılan şəklimə gəlincə, bu, qəzet, televiziya üçün çəkilmişdi və tibb sahəsindəki qəhrəmanlara həsr olunmuşdu. Düzünü deyim ki, bu qədər yayılacağını bilmirdim. Bu barədə həkimlərimiz mənə məlumat verdilər və plakatın şəklini çəkib mənə atdılar. Şəklin altına da “Nuranə, sən bizim fəxrimizsən” yazmışdılar. Buna görə onlara təşəkkür edirəm!”,- deyə o özü barədə bildirib.

Biz də öz növbəmizdə həm Nuranə Eminovaya , həm də dünyanın istənilən nöqtəsində öz sağlamlığını təhlükəyə ataraq ailəsindən, əzizlərindən aylardır uzaq düşərək tanımadıqları insanların həyatı naminə mübarizə aparan bütün tibb işçilərinə təşəkkür edirik.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »