Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Pandemiyanın həyatımıza gətirdiyi dəyişikliklərdən biri də elə rəqəmsallaşma prosesinin daha da sürətlənməsi oldu”

Xəbər verdiyimi kimi iyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Görüşdə Azərbaycanla “Microsoft” arasında uğurlu əməkdaşlıq qarşıdakı illərdə daha da gücləndiriləcəyi qeyd edilib.

Milli Məclisin deputatı Elnur Allahverdiyev Bizimyol.info-ya açıqlamasında bildirib ki, dünyanın nüfuzlu şirkətlərinin Azərbaycanla əməkdaşlığa yüksək marağı həmin şirkətin rəhbərləri tərəfindən dəfələrlə ifadə edilib.

Elnur Allahverdiyev Elnur Allahverdiyev

“Bildiyiniz kimi, yaşadığımız XXI yüzillik rəqəmsal əsrdir. Həyat və fəaliyyətimizin ildən ilə daha çox sferası belə demək mümkündürsə, rəqəmsallaşır. Rəqəmsallaşma əvvəl məhsullarda, texnologiyada izlənildirsə, indi xidmətlər və idarəetmədə də özünü göstərir və çox güman ki, süni intellekt, nano və robot texnologiyalarının daha da inkişafı ilə bizim üçün adiləşəcək bir prosesə çevrilir.

Rəqəmsal transformasiyadan danışdıqda çox vaxt hesab olunur ki, bu, sadəcə mövcud təşkilat, şirkət və ya dövlət strukturunun işində yeni texnologiyaların tətbiqi deməkdir. Məsələn, saytlardan, çat-botlardan istifadə, yaxud sosial şəbəkələrin işə salınması transformasiyadır. Əslində isə rəqəmsal transformasiya tək texnologiyalara investisiya deyil, həm də struktur dəyişiklik, xidmətlər və məhsulların istehsalına fərqli baxış və tam yeni korporativ mədəniyyət deməkdir. Rəqəmsal transformasiyaya çox vaxt “kağızsız ofis” də deyirlər. Günümüzdə də bunu görürük, rəsmi sənədləşmə və yazışmalarda rəqəmsal imkanlardan çox istifadə edirik.

Reallıqdan çıxış etmiş olsaq, pandemiyanın həyatımıza gətirdiyi dəyişikliklərdən biri də elə rəqəmsallaşma prosesinin daha da sürətlənməsi oldu. Məsələn, bir faktı deyim: seçicilərlə görüşləri videformatda keçirməyə başlamışıq. Bu baxımdan, rərəmsal dünya artıq gerçək dünyamızın ayrılmaz parçasıdır”,-deyə E.Allahverdiyev bildirib.

Deputat qeyd edib ki, Prezident cənab İlham Əliyev tez-tez qeyd edir və bugün hökumətin də elan etdiyi iqtisadi kurs enerji daşıyıcıları və xammaldan asılı olmayan bir iqtisadiyyatın qurulmasıdır. Burada söhbət tək yüksək texnologiyalar və süni intellektdən getmir. Gəlin kənd təsərrüfatını da nəzərdən qaçırmayaq. Son illər bu sahədə çox ciddi irəliləyişə nail olmuşuq, Azərbaycan aqrar sahəsi hesabına özünü təmin edən ölkədir. Üstəlik, xaricə ixracat potensialımız da böyükdür.

Bununla yanaşı, rəqəmsal və texnoloji inqilab yaşadığımızdan dünyadakı mühüm texnoloji trendlərdən geri qalmamalıyıq. Cənab Prezident Asiya İnkişaf Bankının rəhbərliyi ilə videogörüşü zamanı nəqliyyat infrasturkturu və bərpa olunan enerji sahələrinə sərmaye qoyuluşunun anonsunu verdi. Son iki ayda dövlət başçısı CİSCO, “Signify” və “Microsoft” şirkətlərinin rəhbər heyətləri ilə görüşlər keçirib. Şübhəsiz ki, bu bütün dünyaya iqtisadiyyatımızın gələcək inkişaf istiqamətlərinə dair bir mesajdır. Bizim bu transformasiya üçün həm maddi imkanlarımız, həm iradəmiz, həm də intellektual potensialımız var”.

Deputat Elnur Allahverdiyev bildirib ki, indi Azərbaycan regionun iqtisadi mərkəzidir və prinsipcə, hər zaman belə olub: “Yəni iqtisadi birincilik, liderlik bizim üçün yenilik deyil. Prezident İlham Əliyev “Microsoft”un rəhbərliyi ilə videogorüşdə bildirdi ki, Azərbaycan Davosun Dördüncü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin Bakıda yaradıması üçün müqavilə imzalayıb. Hökumətin qarşısında ölkəmizi müasir texnoloji mərkəz etmək vəzifəsi durursa, şübhə etmirəm ki, buna nail olacağıq. Ölkəmizdə xarici sərmayenin işləməsi üçün əlverişli mühit mövcuddur. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra dünyanın neft-qaz nəhəngləri Azərbaycanda uğurlu fəaliyyət göstərirlər və bundan milli iqtisadiyyatımız qazanır. Bizim bu sahədə cidd təcrübəmiz və potensialımızın olduğundan yeni iqtisadi kursun, o cümlədən rəqəmsal texnologiyaların inkişafına əsaslanmış iqtisadiyyatın uğur qazanacağına əminəm”.

Ramid İbrahimov

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
Son xəbərlər
Bütün xəbərlər »