Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda koronavirus testinin qiyməti

Bakıda fəaliyyət göstərən 3 özəl klinikanın laboratoriyasında COVİD -19 virusunun aşkarlanması məqsədilə test müayinələri aparılır.

"Ölkə.Az"ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Trend-ə bildirib ki, həmin laboratoriyaların müayinəyə görə nəticələri dövlət tərəfindən təsdiqlənib. Müayinələri aparan klinikalar özəl olduğundan testlərin qiymətləri də onların özləri tərəfindən müəyyən edilib. Bu klinikalar xarici ölkələrə uçuş üçün müəyyən edilsə də, istənilən şəxs müayinə üçün həmin müəssisələrə müraciət edə bilər.

Klinikalardan bildirilib ki, virusun aşkarlanması üçün testlər həm yaxma nümunəsi götürülməklə, həm də qan analizi vasitəsilə aparılır. Qan müayinəsinin qiyməti təxminən 40-110 manat arasında dəyişir. Bu analizin nəticəsi adətən, gün ərzində məlum olur. Burundan yaxma nümunəsi götürülməklə aparılan müayinələr PSR üsulu ilə olur və onun nəticəsi 24-48 saat ərzində açıqlanır. PSR üsulu ilə aparılan müayinənin qiyməti təxminən 100-130 manatdır.

Qeyd edək ki, COVİD-19-a görə müayinələr İnci laboratoriyası, Referans klinikası və "Memorial Klinik"də aparılır.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »