Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gündəlik koronavirus testlərindən kimlər keçir” deyənlərə cavab

Son günlər koronavirusun yenidən hücuma keçərək yoluxma sayının artış göstərməsi cəmiyyəti inananlar və inanmayanlar cəbhəsinə bölməkdə davam edir. Maraqlıdır ki, insanların öz səhhətlərinə laqeyd yanaşması da virusun yayılma sürəti kimi pik həddə çatıb.

Bu günlərdə sosial şəbəkələrdə edilən paylaşımlar diqqətimi çəkdi. Çoxları yazır ki, şəxsi nömrəsinə zəng gələrək, bildirilir ki, koronavirus testi pozitiv çıxıb. Bu xəbəri ilk alanda şok keçirən tərəf sonradan, həyəcanı yatışınca yadına düşür ki axı heç test edilməyib. Bəs bu necə olur? Məlum olub ki, karantində saxlanmaqdan qaçmaq istəyən məsuliyyətsiz vətəndaşlar test edilərkən öz nömrələrini deyil, beyinlərinə ilk gələn rəqəmləri deməklə başqalarının rast gələ nömrələrini verirlər. Bu xəbəri alacaq adamın hansı reaksiyanı verəcəyini düşünmədən.

İzləyicilərimizdən Bizimyol.info redaksiyasına dəfələrlə zənglər daxil olur. “Hər gün ortalama 2000 min adam test edilir, axı onlar kimlərdir, niyə bizi test etmirlər, test edənlər ev- ev gəzirlərmi?” Bu sualların cavabını Bizimyol.info-ya TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva verir. Hər gün test edilənlər aşağıdakı qrupa daxil olan vətəndaşlardırlar.

Rəvanə Əliyeva Rəvanə Əliyeva

Xarici ölkədən gələn və karantin müəssisəsinə yerləşdirilən şəxslər

İstənilən səbəbdən dünyasını dəyişən şəxslər

COVID-19 əlamətləri ilə TTTY xidmətinə müraciət edən şəxslər

Koronavirus testi müsbət çıxmış şəxslərin epidemioloqlar tərəfindən müəyyənləşdirilmiş təmaslıları

Profilaktik məqsədlərlə tibb işçiləri

Son olaraq bunu bilərik. London Kral Kollecinin ürək-damar xəstəlikləri üzrə professoru Mauro Cakka xəstəliyin qorxunc mənzərəsini təsvir etmək üçün bunları deyib:

"Ölməzdən əvvəl bir ay reanimasiyada olmuş xəstələrin ağciyərləri normal pnevmoniyadan, qrip və ya SARS virusuna yoluxmadan ölənlərin ağciyərindən tam fərqlənir. Bütün ağciyər boyunca tromboz müşahidə edilir. Ağciyərin daxili arxitekturası tamamilə dağılmış olur. Bəzən bu orqanın nə vaxtsa ağciyər olduğunu demək belə mümkün olmur".

Özünüz inanmasanız belə sevdiklərinizi qorumaq naminə qoruyucu tədbirlərə əməl edin və bunu onlardan da tələb edin.Ehtiyatlı igidin anası ağlamaz.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »