Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısının müavini və xanımı koronavirusa yoluxub

Azərbaycanda məktəb direktoru koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru 1970-ci il təvəllüdlü Əliyeva Arzu Şirin qızı iyunun 14-də koronovirus (COVID-19) diaqnozu ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Təhsil Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məktəb direktorunun səlahiyyətləri iyunun 16-dan Əliyeva Arzu Şirin qızı sağalıb işə qayıdanadək Gəncə Şəhər Təhsil İdarəsinin məktəblər üzrə məsləhətçisi Sadik Rafiq oğlu Babayevə həvalə edilib.

Məlumat üçün bildirək ki, A.Əliyeva Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyevin həyat yoldaşıdır. İcra başçısının müavini də koronavirusa yoluxub və o da Goranboy Rayon Mərkəzi Xəstəxanasında müalicəyə alınıb.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »