Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avstraliya hökuməti “Google”la bağlı xəbərdarlıq edib
Avstraliyanın antiinhisar qurumu - Rəqabət və İstehlak Komissiyası (ACCC) ABŞ-ın texnologiya nəhəngi “Google” şirkətinin fitnes məhsulları istehsalçısı “Fitbit”i 2,1 milyard ABŞ dollarına almaq planları ilə bağlı xəbərdarlıq edib.

“Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Komissiya bu əməliyyatın Avstraliyanın reklam bazarında rəqabət mühitini pozacağından narahat olduğunu ifadə edib.

“Fitbit"in alınması "Google"a daha geniş istifadəçi məlumatları toplusu yaratmağa imkan verəcək, şirkətin bazardakı mövqeyini daha da möhkəmləndirəcək və potensial rəqiblərinə maneələri artırmasına imkan verəcək”- deyə ACCC-nin sədri Rod Sims bildirib.

Hazırda Komissiya bununla bağlı araşdırma aparır və nəticələri avqustun 13-də elan edəcək.

Sözügedən sövdələşmə ilə bağlı ABŞ-ın Ədliyyə Nazirliyi və Avropa Komissiyası da araşdırma apardıqlarını bəyan edib.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Monitorinqin nəticələri: Müharibə dövründə ən yaxşı işləyən qurum "Azərişıq" idi
Son xəbərlər
Bütün xəbərlər »