Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın dövlət katibi Donald Trampı "gəvəzə" adlandırıb

2018-ci ildə ABŞ və Şimali Koreya arasında keçirilən tarixi sammitdə ABŞ-ın dövlət katibi Maykl Pompeo prezident Donald Trampı gəvəzə adlandırıb.

“Report” “The New York Times”a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton memuarlarında yazıb.

Sabiq müşavirin “Hadisənin baş verdiyi otaq: Ağ evin xatirələri” hələ işıq üzü görməsə də, qəzet kitabdan müəyyən hissələri dərc edir.

“2018-ci il iyunun 12-də Donald Tramp və Kim Çen Inın görüşündə Maykl Pompeo Con Boltona üzərində “O elə gəvəzədir ki” yazılmış kağız verib", - “The New York Times” yazıb.

C.Boltonun sözlərinə görə, olaydan bir ay sonra M.Pompeo Ağ evin Şimali Koreya siyasətinin “uğursuzluğa məhkum” olduğunu vurğulayıb.

C.Bolton həmçinin qeyd edib ki, D.Trampın müşavirləri onun arxasınca gülürlər.

Xatırladaq ki, ABŞ-ın Ədliyyə Nazirliyi prezidentin sabiq milli təhlükəsizlik müşaviri Con Boltonu məhkəməyə verib. ABŞ hökuməti hesab edir ki, Bolton müşavir vəzifəsinə təyin edildiyi zaman gizli məlumatları açıqlamamaqla bağlı üzərinə götürdüyü öhdəlikləri pozur.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
Son xəbərlər
Bütün xəbərlər »