Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Azərsu”ya ayrılan vəsait hara xərclənib ki, bu qədər problem var?..

Milli Məclisin deputatı Rüfət Quliyev Azərbaycanda müşahidə olunan su qıtlığı ilə əlaqədar “Azərsu” ASC-ni ittiham edib.

Bizimyol.info xəbər verir ki, deputat ASC-nin rəhbərini Milli Məclisdə hesabat verməyə dəvət edib və eyni zamanda Hesablama Palatasının bu təşkilatda yoxlamalar aparmasının vacibliyini qeyd edib.

Rüfət Quliyev

“Suyun azalmasına Kürdə suyun azalamasını əsas gətirilər. İqlim problemlərini hələ bir neçə il öncədən bilirdilər, tədbirlər almalıydılar.Bu gün problem kəskin hal alıb, “Azərsu” bir məntiqli açıqlama vermir. Deyir karantin dövründə əhali çox su işlətdi. Bu xalqı təhqir etməkdir. Bu dövrdə suya tələbat bir neçə dəfə çoxalmayıb, uşaq bəhanəsinə oxşayır bu. Əvvəllər camaat əlini yumurdu, çimmirdi?”,- deyən deputat Bakı kəndlərində əhalinin su problemlərini daha kəskin yaşadığını qeyd edib.

“Minlərlə insan su problemindən əziyyət çəkir, Bakı kəndlərindən minlərlə şikayət gəlir. Yoxlamalar aparılmalıdır ki, son 10 ildə dövlət su təchizatına nə qədər vəsait ayırıb və həmin pullar haraya xərclənib?Su nəqliyyatında 50 faiz itkilər var. Bir çox məmurlar bağlarına xüsusi yollarla su gətirdir, su çəkdirilər. Mənbəyini yalnız “Azərsu” bilir.

Son 10 ildə “Azərsu” ASC-nin fəaliyyətində müsbətə doğru dönüş olmayıb. Bu qurumun fəaliyyəti yoxlanılmalıdır. Dövlət bu qədər vəsait ayırır, bu vəsait necə xərclənir ki, su təchizatında bu qədər problem yaranıb?”,- deyə millət vəkili vurğulayıb.

İlhamə Rəsulova

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »