Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suraxanıda narkotik bitkilər becərən saxlanılıb

Suraxanı rayonunda narkotik bitkilər əkib-becərən şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yeni Suraxanı qəsəbəsi sakini Mahir Balaqədirov saxlanılıb.

Ona məxsus evin həyətinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 10 kiloqram 950 qram olan 87 ədəd çətənə kolu və 1 kiloqram 500 qram satış üçün qablaşdırılan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Mahir Balaqədirov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə araşdırmalar davam etdirilir.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Paşinyan: “44 gün ərzində Putinlə daim əlaqə saxlayırdım”
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
Son xəbərlər
Bütün xəbərlər »