Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran azərbaycanlılarının adından çıxış edən siyasi partiya təsis olundu

Azərbaycan Mərkəz Partiyasının təqdimatı keçirilib. Yerli KİV-lər xəbər verir ki, bu partiyanın əsas fəaliyyət özəlliyi İran azərbaycanlılarının təmsilçisi kimi çıxış etmək iddiasıdır.

Partiyanın sədri İrandan olan azərbaycanlı fəal və insan haqları müdafiəçisi Saleh Kamranidir. Partiyanın açılış mərasimində çıxış edən Saleh Kamrani İran azərbaycanlılarının milli hüquqlarından danışıb. Bildirib ki, onların amalı millət, vətən, demokratiya və insan haqlarıdır.

“Yüz ildən artıqdır, vətənimiz, hiyləgər siyasət və bəlli məsələlər nəticəsındə layiqli kimliyini itirərək, bir neçə ölkə arasında parçalanmış hala gəlib”,- o deyib.

S. Kamrani əlavə edib ki, bütün siyasət və işlərdə, millətimizin azadlığı, milli hakimiyyət, dilimizin rəsmiləşməsi, öz müqəddəratını təyin etməsi kimi üsullardan əsla əl çəkməyəcəklər.

Qeyd olunur ki, Azərbaycan Mərkəz Partiyası təsis olunmazdan əvvəl onun təsisçiləri 24-25 sentyabr 2019 tarixində Nyu-York şəhərində “İranın gələcəyi” adlı forumda iştirak edib.

Bununla da AMP Güney Azərbaycanı beynəlxalq səviyyədə təmsil edən ilk siyasi parrtiya olub. Bundan başqa, AMP Mərkəzi Şurasının üzvləri 2019-cu ilin dekabrın 1-də Brüsseldə təşkil olunan “Millətlər İttifaqı” sammitində iştirak edib.(Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »