Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qobuda velosiped oğrusu tutulub

Qobu qəsəbəsində vətəndaşların velosipedlərini oğurlayan saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qəsəbə sakini Cavid Mirzəyev tutulub.

Araşdırma zamanı onun evlərin girişlərində və yardımçı otaqlarında saxlanılan 10-a yaxın velosiped oğurladığı məlum olub. Cavid Mirzəyev oğurladığı velosipedləri isə paytaxt ərazisində dəyər-dəyməzinə satıb.

Polis əməkdaşları tərəfindən onun qəsəbə yerləşən evinə baxış zamanı oğurluq velosipedlərdən bir neçəsi aşkar olunaraq maddi sübut kimi götürülüb. Cavid Mirzəyev ifadəsində həmçinin paytaxtda “Şamaxinka” adlanan ərazidən bir ədəd motosiklet oğurladığını bildirib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »