Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
PKK üzvü özünü Baş nazirin avtomobilinin altına atdı

London polisi özünü Baş nazir Boris Consonun avtomobilinin təkərləri altında atan PKK terrorçularının tərəfdarını saxlayıb.

Teleqraf.com xəbər verir ki, o, Britaniya parlamentinin binası qarşısındakı etiraz aksiyasında iştirak edib. Boris Consonun avtomobili parlamentdən uzaqlaşanda kişi özünü avtomobilin təkərləri altına atıb.

Bu zaman Consonun xidməti avtomobilinin sürücüsü qəfil əyləci basıb, nəticədə baş nazirin xidməti avtomobili ilə mühafizəçi kolonun avtomobili arasında qəza təhlükəsi yaranıb.

Britaniya polisi terrorçuların tərəfdarını saxlayıb və parlament binasının daxilindəki bölməyə aparıb.

Ölkə hakimiyyəti hadisə zamanı Consonun avtomobildə olduğunu təsdiqləyib.

PKK 2011-ci ildən Böyük Britaniyada terror təşkilatlarının siyahısına daxil edilib.

Krallığın qanunlarına görə terror təşkilatına üzvlüyə görə azadlıqdan 10 il müddətinə məhrumetmə cəzası nəzərdə tutulur.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
Son xəbərlər
Bütün xəbərlər »