Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Testdən keçmədən koronavirusu müəyyən etmək mümkün olub
Koronovirus zamanı Hekim

ABŞ-da yerləşən məşhur Klivlend klinikasının alimləri testdən keçmədən koronavirus infeksiyasını proqnozlaşdırmağı və müvafiq diaqnoz qoymağı öyrəniblər.

Bu barədə “Chest” jurnalında məqalə dərc olunub.

Problemin tədqiqi çərçivəsində COVID-19-a yoluxan 12 min pasiyentin xəstəlik tarixçələrinin təhlili aparılıb. Araşdırma əsasında koronavirusdan effektiv qorunma üsullarını izah edən qanunauyğunluğu öyrəniblər. Həkimlər koronavirusun müalicəsində və profilaktikasında istifadə edilə bilən 16 preparat və üç dərman kombinasiyasını müəyyən ediblər.

“Məsələn, apardığımız araşdırmalar göstərdi ki, melatonin COVID-19 testindən müsbət nəticə almaq riskini azaldır”, - deyə, tədqiqatın rəhbəri, doktor Maykl Kattan bildirib.

Həmçinin məlum olub ki, pnevmokok və qrip peyvəndi vurulan şəxslər peyvənd almayanlara nisbətən daha aşağı yoluxma riskinə məruz qalır.

Mütəxəssislər gəldikləri nəticələrin əlavə yoxlamalara ehtiyacı olduğunu vurğulayıblar.

Qeyd edək ki, özəl klinikanın mütəxəssisləri COVID-19 xəstəliyi ehtimalını təxmin edə biləcək onlayn kalkulyator da yaradıblar. Hesablama cihazı şəxsin yaş, cins, etnik mənsubiyyəti, xroniki xəstəliklərinin olub-olmaması və yaşadığı bölgə barədə məlumatlar əsasında işləyir. (oxu.az)

Paylaş »
››› “TƏBİB ləğv olunmalıdır, fəaliyyəti ilə bağlı Baş Prokurorluq araşdırma aparmalıdır” - Açıqlama
››› Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır
››› Canəli Əkbərovu oğlunun dəfninə buraxmadılar
››› Daha iki rayonda karantin rejimi sərtləşdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »