Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
19 il əvvəl dələduz mayor milyonçu şousunda necə qalib olmuşdu

“Kim milyonçu olmaq istər” intellektual layihəsinin Böyük Britaniya versiyası 2001-ci ildə qeyri-adi qalibə şahidlik etmişdi.

Redaktorlar heyətinin güclü oyunçu saymadığı Çarlz İnqrem bütün suallara cavab verməyi bacarmışdı. Sonradan Böyük Britaniya ordusunun zabitinin dələduz olduğu üzə çıxmışdı.

Bizimyol.info xəbər verir ki, 39 yaşlı Çarlz şouya düşmək üçün sınaq mərhələsinə xüsusi hazırlaşmışdı. O, cəldlik üzərində işləmişdi. Qaydalara görə, sınaq sualına ən tez cavab verən adam iştirakçı olurdu. İnqrem Aqata Kristinin əsərinin adını 3.96 saniyəyə tapmaqla hamını geridə qoymuşdu. Beləcə, mayor 2011-ci ilin sentyabrın 9-da şouda iştirak haqqı qazanmışdı.

Çarlz studiyaya həyat yoldaşı Diana ilə gəlmişdi. İlk suallar zamanı gərgin görünürdü. Asan sualları birtəhər keçmişdi. Amma 6-cı və 7-ci suallarda köməyə ehtiyac yaranmışdı. Belə görünürdü ki, hərbçi çox uzağa getməyəcək. Amma verilişin vaxtının bitməsi vəziyyəti dəyişdi. Çəkilişin davamı növbəti günə qaldı. Ertəsi Çarlzı tanımaq olmurdu. O, gümrah görünürdü, suallara ciddi çətinlik çəkmədən cavab verirdi. Redaktorlar heyəti şokda idi. Hamının başı elə qarışmışdı ki, heç kim zalda dayanmadan öskürən Tekven Uittoka fikir vermirdi. Viktorinaların veteranı hər sual zamanı öskürəyini saxlaya bilmirdi. Budur, 15-ci sual səslənir, Uittok yenə öskürür və İnqrem düzgün cavabı dilə gətirir. 1 milyon funt sterlinq Çarlzındır!

Böyük Britaniya ordusunun zabiti qələbədən sonra uğurun sirləri haqda çox danışacaqdı. Amma bir dəfə də deməyəcəkdi ki, ona Uittok kömək edib. Bəs dələduzluğun üstü necə açıldı? Hamıdan əvvəl layihənin əməkdaşlarından olan Eva Uinstenli şübhələndi. O, qələbədən sonra ər-arvadla bir otaqda qalmışdı. Onlar sevinmirdilər, əksinə, gərgin görünürdülər. Diana sabah işə çıxmalı olduğundan danışırdı.

Ertəsi gün hadisələr sürətlə inkişaf etdi. Çəkilişin təkrarına baxdılar və öskürək hər şeyi ortaya çıxardı. Layihəni həyata keçirən “Celador”un rəhbəri Pol Smit dərhal İnqremə zəng vuraraq, hələ 1 milyon funt sterlinqini ala bilməyəcəyini söylədi. Çarlz xəbərə qəribə nəzakətlə reaksiya verdi. Bundan sonra çəkiliş heç efirə də verilmədi.

Londonun Sausvork məhkəməsində hakimlər həmin kadrlara azı 200 dəfə baxdılar. Proses 4 həftə sürdü. İstintaq Çarlz, Diana və Tekvenin dələduzluq sxemini üçlükdə işləyib hazırladığı qənaətinə gəlmişdi. Sonradan məlıum oldu ki, dələduzlar əvvəlcə peycer siqnalından istifadə etmək qərarına gəlibmiş. Bir gün əvvəl bundan imtina ediblər. Hesablamaya görə, çəkiliş zamanı zalda 192 öskürək eşidilib. Uittok 36 dəfə öskürüb. Məhkəmə hər üç dələduza 2 il şərti cəza kəsdi.

İndi Çarlz həyat yoldaşı və üç qızı ilə birlikdə İsterton şəhərində yaşayır. Ailəni kasıb adlandırmaq olar. Çarlz 2010-cu ildə qaz partlayışı zamanı üç ayaq barmağını itirib. Hərbçi deyir ki, onlara qarşı haqsızlıq edilib: “Amma ən əsası həyat yoldaşım və qızlarımdır. Pul, sadəcə, həyatımızı daha yaxşı edəcəkdi”.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »