Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AzTU-nun 3 dekanı işdən kənarlasdırıldı

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

Ali təhsil müəssisəsindən “Report”a verilən məlumata görə, iclasda universitetin İctimai Şurasının üzvləri də iştirak ediblər.

İclasda yay imtahan sessiyasının və imtahanların gedişi zamanı müraciətlər, onların cavablandırılması və nəticələri barədə məlumat verilib.

Tələbələrin biliyinin qiymətləndirilməsi üçün vahid bazanın formalaşdırılması üzrə mövcud problemlər müzakirə edilib. Bildirilib ki, sənəd dövriyyəsinin təşkili və işgüzar prosedurların aparılmasında nöqsanlar aşkar olunub. Yol verilən nöqsanların tərtibatı və məsuliyyət bölgüsünün aparılması üçün göstərişlər verilib. Sənədlərin düzgün formada dövriyyəsinin təşkili, vəzifəli şəxslərin imza səlahiyyətləri, sənədlərə düzəlişlərin edilməsi və sənədlərin ləğv olunması prosedurlarının aydınlaşdırılması təklif olunub.

Sənədlərin tərtib olunması və dövriyyəsində yaranmış ciddi şübhələr nəzərə alınaraq AzTU-nun “Nəqliyyat və logistika”, “Maşınqayırma və robototexnika”, “İnformasiya və telekommunikasiya texnologiyaları” fakültələrinin dekanları müvafiq yoxlamaların keçiriləcəyi dövr ərzində şəffaflığın təmini məqsədilə müvəqqəti olaraq işlərinin icrasından kənarlaşdırılıb.

İclasda universitetin Təcrübə və məzunlarla iş şöbəsinin adı dəyişdirilərək Karyera mərkəzi adlandırılıb.

Qiymətləndirmə və monitorinq şöbəsi ilə Qeydiyyat şöbəsi birləşdirilərək onların bazasında Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsi yaradılıb.

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› İtkin düşmüş erməni əsgərlərin yaxınları Putindən imdad diləyir
››› AKP sözçüsü: "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq"
Son xəbərlər
Bütün xəbərlər »