Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Həyata keçirilən uğurlu informasiya texnologiyaları siyasəti sayəsində biz “Abşeron Vadi”sinə nail ola bilərik” - Deputat

Xəbər verdiyimi kimi iyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

Görüşdə Azərbaycanla “Microsoft” arasında uğurlu əməkdaşlıq qarşıdakı illərdə daha da gücləndiriləcəyi qeyd edilib. Xatırladaq ki dünyanın nüfuzlu şirkətlərinin Azərbaycanla əməkdaşlığa yüksək marağı həmin şirkətin rəhbərləri tərəfindən dəfələrlə ifadə edilib.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Bizimyol.info-ya açıqlamasında Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlığını qeyd edərək, ölkəmizdə yüksək texnologiyaların, innovasiyaların tətbiqi sahəsinə xüsusi diqqətin ayrıldığını bildirib.

“Hazırda dünya ölkələri bütün gücünü pandemiya ilə mübarizəyə yönəldib. Azərbaycan ilk gündən bu sahədə operativ və adekvat qərarlar qəbul etdi. Ölkəmiz özünə qapanmadı. Azərbaycan həmişə olduğu kimi bu dəfə də təşəbbüsü əla alaraq bir sıra tədbirlərin təşəbbüskarı və təşkilatçısı oldu.

Belə tədbirlərdən biri də dünən “Microsoft” şirkətinin rəhbərliyi ilə keçirildi. Qeyd etmək lazımdır ki, Azərbaycanda son illər informasiya texnologiyaları sahəsində böyük uğurlara nail olub. Sonuncu görüş də müzakirə olunan məsələlər ölkəmizin bu sahəyə verdiyi önəmin göstrəicisidir”,-deyə C.Məmmədov bildirib.

Deputat qeyd edib ki, ölkəmiz lisenziyalaşdırılmış proqramların istifadəsinə xüsusi önəm verir: “Çoxlu sayda proqramların paylanılması bu sahəyə böyük dəstəkdir. Eyni zamanda ölkəmizdə piratçılıqla ciddi mübarizə aparılır. Microsoft şirkəti ilə bu sahədə sıx əməkdaşlıq edilir.

Ölkəmiz reallığı nəzərə alaraq neft iqtisadiyyatından elm, texnologiya, süni intellekt iqtisadiyyatına keçir. İnkişafın və tərəqqinin yolu da buradan keçir. Başqa alternativ yoxdur.

Azərbaycan qısa müddətdə bir çox sahələrdə, o cümlədən, təhsil sahəsində müasir proqramların təbiqinə başladı. Bu baxımdan “Microsoft teams” proqramı onlayn təhsilin təşkilinə böyük dəstək oldu. Qısa müddətdə bütün ali təhsil müəssisələri bu proqramla təmin olundu.

Prezident İlham Əliyev çıxışında distant təhsillə bağlı məsələlərə də toxunub. Qeyd edib ki, pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Çox vaxtın olmamasına baxmayarq Azərbaycan mövcud vəziyyətə özünü uyğunlaşdıraraq müəyyən addımlar atdı. Ölkəmizdə məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Hazırda sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlıq gedir. Ancaq pandemiya ilə bağlı vəziyyətin necə olacağı bilinmir, məktəb və universitetlərin açılıb-açılmayacağı məlum deyil. Ona görə ölkəmiz ən pis ssenariyə hazırlıqlı olmalıdır. Hazırda bu istiqamətdə ölkəmizdə ciddi işlər gedir. Qısa müddətdə böyük uğurıara anil olunacağı istisna olunmur”.

Deputat Ceyhun Məmmədov qeyd edib ki, görüşdə Azərbaycanda Abşeron vadisinin yaradılması barədə də müzakirələr aparıldı: “Bunun üçün güclü iradə və konkret hədəflər var. Ölkəmizdə bu sahədə görülən işlər bu fikri bir daha təsdiq edir. Hesab edirəm görüşdə də qeyd edildiyi kimi, “Silikon Vadisi"nin prototipini Abşeronda yaratmaq mümkündür. Niyə də yox?

Bu gün bir sıra ölkələr, o cümlədən Cənubi Koreya bu sahədə böyük uğurlara imza atıb. Hesab edirəm ölkəmizin bu sahədə uğur qazanmaq üçün kifayət qədər imkanı və potensialı var. Həyata keçirilən uğurlu informasiya texnologiyaları siyasəti sayəsində biz buna nail ola bilərik.

Bu gün xeyli sayda Azərbaycanlı gənc ölkəmizdə və xaricdə informasiya texnologiyaları sahəsində təhsil alaraq peşəkar mütəxəssis kimi yetişiblər. Onların potensialından istifadə etmək mümkündür. Onların bəziləri xarici şirkətlərdə mühüm vəzifələrdə çalışırlar. Ölkəmiz üçün faydalı ola bilərlər”.

Ramid İbrahimov

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
Son xəbərlər
Bütün xəbərlər »