Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In yenə görünmür: səhnəyə bacısı çıxıb

Şimali Koreya lideri Kim Çen In son 3 ayda bir neçə dəfə yoxa çıxıb. Asiya dövlətinin başçısı yenə ortada görünmür.

Bizimyol.info xəbər verir ki, Kim Çen In iyunun 7-dən sonra ictimaiyyət arasında gözə dəyməyib. Həmin gün Şimali Koreya lideri Əmək partiyasının siyasi bürosunun iclasında iştirak etmişdi. Əvəzində səhnəyə prezidentin bacısı Kim Yo Çjon çıxıb. Onun hər gün açıqlamasını eşitmək mümkündür. Həm Qərb, həm də Cənubi Koreya mətbuatı məhz bu qadının şimal ölkəsinin yeni rəhbəri olacağını yazır. Kim Çen Inın xəstə olması haqda indi daha ciddi iddalar səslənir. Hiss olunur ki, ölkəni faktiki Kim Yo Çjon idarə edir. Keson şəhərindəki əlaqə qovşağının partladılmasının da birbaşa onun əmri olduğu bildirilir.

Kim Çen In və Kim Yo-Yonq Kim Çen In və Kim Yo-Çjon

Ümumiyyətlə, Kim Çen Inın bacısı sülh danışıqlarını mənasız sayır. Buna görə də onu hər çıxışında Cənubi Koreya ciddi tənqid olunur. Kim Yo Çjon qardaşını son hadisələrdən uzaq tutmaqla bütün məsuliyyəti üzərinə götürüb. Şimali Koreya yenə cənub qonşusu ilə sərhədə canlı qüvvə yönəltməyə başlayıb. Cənubi Koreya hərbi təxribatları cavabsız qoymayacağını bildirir.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
Son xəbərlər
Bütün xəbərlər »