Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Rusiyadan çəkinir

Belarus prezidenti Aleksandr Lukaşenko nöbvbəti prezident seçkilərindən əvvəl heç vaxt olmadığı qədər narahat görünür.

O, Ukraynadakı “Maydan” hadisələrinin burada təkrarlanmayacağını deyir, lazım gəlsə, silaha əl atacaqlarına eyham vurur.

Bizimyol.info xəbər verir ki, Qərb mətbuatı Belarus prezident administrasiyasının Lukaşenkonun asan qələbə qazanacağına şübhə etdiyini yazır. “Deutsche Welle”yə danışan Marşall Fondunun Mərkəzi və Şərqi Avropa üzrə tədqiqatlarının rəhbəri Yorq Forbriq “Batya”nın Rusiyadan çox çəkindiyini düşünür. Çünki son vaxtlar neftə görə Belarusun qonşu ölkə ilə arası sərindir. Üstəlik, burada iqtisadi vəziyyət də yaxşı deyil. Narazılıqlar getdikcə artır.

“Görürük ki, Aleksandr Lukaşenko rəqiblərinin populyarlığının artmasına böyük ağrı ilə reaksiya verir. Bu onun üçün yeni situasiyadır, qıcıqlanır. Statis-kvonun qorunması haqda sərt açıqlamalar verir. Minskdəki prezident iqamətgahında gərginlik hökm sürür”, - politoloq belə deyib.

Forbriq düşünür ki, Belarusda hakimiyyətdaxili parçalanma da var. Əlbəttə, Rusiya bunda maraqlıdır. Politoloqun fikrincə, Kreml Belarusdakı prezident seçkilərində özünə sərf edən nəticəyə nail olmaq istəyir.

Son xəbərlər
Bütün xəbərlər »