Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alman şirkəti vaksini sınaqdan keçirməyə başlayır

Almaniya hökuməti “CureVac” şirkətinə COVİD-19 əleyhinə vaksini sınaqdan keçirməyə icazə verib. Paul Erlix adına institut bununa bağlı məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, sınaqda 168 könüllü iştirak edəcək. Onlardan 144-ü vaksin qəbul edə biləcək. Dərmanı hazırlayanlar ribonuklein turşusundan istifadə edir. Burada virusun genetik materialı yer alacaq. Sınaq dozanın müəyyənləşdirilməsinə, orqanizmin immun reaksiyasının müşahidəsinə xidmət edəcək.

Almaniya hökuməti iyunun 15-də “CureVac”ın payını 300 milyon avroya almaq niyyətini açıqlamışdı. Bundan bir müddət əvvəl Avropa Komissiyası şirkətə vaksinin hazırlanması və qısa zaman ərzində bütün qitədə tətbiqi üçün 80 milyon ayırmışdı.

İndiyə qədər dünyada 8.3 milyon insanda koronavirus aşkarlanıb. Ölənlərin sayı 450 min nəfərə çatır. Almaniya ümumi siyahıda 10-cu yerdədir. Avropa dövlətində 188.5 min nəfər infeksiyaya yoluxub, pasiyentlərin 8910-u həyatını itirib.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »